..::Yaxşılıq et::..

pol aze 1 Sen 2013 / 19:05
Yaxşılıq et..

Ən çətin anında səndən -”Bu günədək kiməsə nəsə yaxşılıq etmisən?” soruşanda gözünün qarşısından bütün həyatın kino lenti tək keçəcək… Bəlkə də o an ,kaş bu gününü-həyatını yenidən geri qaytarıb , kiməsə cüzi bir yaxşılıq etməyi arzulayacaqsan..
Hələki gec deyil,əgər kiminsə sənin köməyinə,edəcəyin yaxşılığına ehtiyacı varsa,bunu əsirgəmə.Oxu və nəticə çıxar…

Qəddar və günahkar insan vəfat edir. Cəhənnəmin qapısında onu mələk qarşılayır. Mələk deyir:
”Cəhənnəmə getmək istəməyəcəksən. Əgər indi həyatın boyu etdiyin cəmi bir yaxşılığı yadına salıb, mənə desən, bu kifayət edər ki, bağışlanıb, Cənnətə düşəsən“.
Kişi həyəcanla fikirləşir, bütün qohumlarını, dostlarını, ətrafında olmuş insanları xatırlayır, onlara nə vaxtsa yaxşılıq etdiyi yadına düşmür. Vaxt bitir, o, xilas üçün bir səbəb tapa bilmir. Kişini Cəhənnəmin qapısından içəri atmaq istəyirlər ki, o, qışqırır:
”Dayanın, xatırladım. Bir dəfə meşədə gedirdim, yolumun üstündə tor qurmuş hörümçəyi gördüm, mən ordan ehtiyatla keçdim ki, onun yuvası pozulmasın“.
Mələk gülümsəyir, bu vaxt göydən bir hörümçək gəlir, öz torundan həmin adama uzadır. Adam ipdən yapışıb Cəhənnəmdən yuxarı, Cənnətə qalxmağa başlayır. Bu vaxt aşağıda olan digər günahkar insanlar da torun aşağısından yapışıb, xilas olmaq üçün imdad istəyirlər. Bir neçəsi tordan tutub qalxır.
Kişi qorxur: ” Birdən adamlar ağırlıq edər, ip qırılar“. Özünü xilas etmək üçün o, ayağı ilə aşağıdan yapışan insanları yerə itələməyə başlayır. Bu vaxt həqiqətən də ip qırılır və kişi Cəhənnəmə yuvarlanır.
Son anda onun qulağına Mələyin səsi gəlir:
”Təəssüf. Sənin qorxun və narahatlığın qəzəbə və paxıllığa çevrildi, sən yenə də pis əməlindən qalmadın. Son anda heç olmasa bir-iki insana yaxşılıq etmək şansını da əldən qaçırdın. Bu hərəkətinlə bütün ömrün boyu etdiyin o bircə yaxşılığı da itirdin “

[cavab]

pol 3581106 1 Sen 2013 / 19:09
Ne qeder movzu acirsaneee ele bil agilli cixibsan hal zad vare oxumaga eee

[cavab]

pol leyli 1 Sen 2013 / 19:10

[cavab]

pol 3581106 1 Sen 2013 / 19:11
leyli, oxumamiw super disene

[cavab]

pol leyli 1 Sen 2013 / 19:12
3581106, men oxumamiw heçneye super demirem heqiqeten beyendim

[cavab]

pol aze 1 Sen 2013 / 19:15
3581106, oxuma qaqaw!1sene deyen var oxu?????

[cavab]

pol aze 1 Sen 2013 / 19:15
leyli, tesekkur:)

[cavab]

pol Golf 1 Sen 2013 / 19:18
Qeweydi twk)

[cavab]

pol Golf 1 Sen 2013 / 19:20
3581106, mecbur eliyen yoxdu kimise.o werhi yazinca o vaxti oxumaga serf eleseydin bir wey orgenmiw olardin hecolmasa))

[cavab]

pol aze 1 Sen 2013 / 19:21
Golf, deyer:)

[cavab]

[1] 2 3 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1265 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az