Gözeldi oxuyun

pol NARDARANLI 30 Avq 2013 / 19:02
Hər aşiqə öz istədiyi yarı
gözəldir,
Hər bülbülə öz sevdiyi
gülzarı gözəldir.
İlqarı gözəl olmayanı
istəməz aşiq,
Can ver elə cananə ki ilqarı
gözəldir.
Mən bir uca boylu gözəlin
zülfünə bəndəm
Rüxsarı gözəl, şivəsi,
rəftarı gözəldir.
Yüzlərlə gözəl başqa
vilayətdə də çoxdur,
Amma bizim ölkə bütün –
elcari gözəldir.
Yar olsa mənimlə mənə
biganə nə eylər?
Uçmaz elə bir xanə ki
memarı gözəldir.
Mən istədiyimçün o gülü
qeyri də sevdi
Qiymətli o şeydir ki
xiridarı gözəldir.
Vahid, mənə insaf elə,
sima ilə baxma,
Əhsən elə bir şairə əşarı
gözəldir.

[cavab]

pol _TIGER_ 30 Avq 2013 / 19:10
Hm. Yaxcidi+

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1335 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az