Super seirler...

pol *_WORLD_* 30 Avq 2013 / 15:54
Səndən ayrıldığım on gün olsa da,
Lakin hər günümü bir il sanmışam.
Hər axşam yananda göylərin şamı
Hicrində od tutub mən də yanmışam.
Bəzən qəlbim dolmuş, qəlbim ağlamış
Baharın ağlayan buludları tək.
Bəzən də könlümdə sellər çağlamış,
Sinəmə sığmamış, sığmamış ürək.

Anlar donub qalmış qurğuşun kimi,
Hər anım bir günə bərabər olmuş.
Burda dəniz gözəl, təbiət gözəl,
Lakin tənhalıqdan qəlbim yorulmuş.
Səndən ayrıldığım on gün olsa da,
Lakin hər günümü bir il sanmışam.
Səni görmək üçün əziz sevgilim,
Hər səhər, hər axşam qanadlanmışam.
Lakin nə əlinə çatmış əllərim,
Nə də gözlərinə gözüm sataşmış.
Xəyallar aparmış, aparmış məni,
Kədərim yenə də başımdan aşmış…
Hər axşam sahilə yalqız çıxıram,
Gündüzlər xəyalın gəzdirir məni
Yuxusuz gecələr sən həmdəmimsən,
Yatarkən yuxuda görürəm səni.
Lakin, düşünürəm hicran olmasa,
Vüsalın qədrini bilməzdi insan.
Səndən uzaqlardayam, uzaqlarda mən,
Vüsalı görünən bu acı hicran
Məni düşündürür məni yandırır,
Eşqimin yolunu işıqlandırır.
Görürəm, nə qədər sevirəm səni,
İllər ayırsa da, sevgimdən məni
Tək səni sevərəm, tək səni yalnız.
İnsan öz eşqinə olmaz vəfasız.
red. *_WORLD_* (30.08 /15:55)

[cavab]

pol *_WORLD_* 30 Avq 2013 / 15:55
Görüş zamanını gözləyən ürək
Sevincdən böyüyüb döyünür yaman,
Elə bir çıxacaq indi köksündən,
Fikirimdən çıxmayır həmin o canan.

[cavab]

pol *_WORLD_* 30 Avq 2013 / 15:57
Anladım ki, ağaclar torpağa acı verdikcə böyüyürlər. Sən də mənə acı verərək sevincli olacaqsan. Davam et, dəyər vermə deyilmişdi inanmamışdım. Səni vəfalı sandım əfv et.

[cavab]

pol *_WORLD_* 30 Avq 2013 / 15:59
Artıq gedirəm, həyatındakı son yerimi alaraq. Bəlkə bir daha görüşmədik. Səndən son bir arzum olacaq. Gözlərinin güldüyü an, sevgilim dediyin zaman dilindən həyatım sözü çıxacağı zaman xatırla məni.

[cavab]

pol *_WORLD_* 30 Avq 2013 / 16:01
Artıq daha yaxşı anlayıram ki, nəfəs almaq deyilmiş yaşamaq. Atəşlərdə yanmaq kimi bir şey, səni sevərkən sənsiz olmaq.

[cavab]

pol *_WORLD_* 30 Avq 2013 / 16:01
Bu gunluk bu qeder

[cavab]

pol ErRoR(=CevO=) 30 Avq 2013 / 16:02

[cavab]

pol *_WORLD_* 30 Avq 2013 / 16:03
ErRoR(=CevO=), twk bro

[cavab]

pol Leman15 30 Avq 2013 / 16:04

[cavab]

pol *Sesi** 30 Avq 2013 / 16:13
*_WORLD_*, superrrrrrrr

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1399 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az