nece böyüdük biz
Qizil_Eli
29 Avq 2013 / 12:03
"Qabaqlar nə "Facebook" bilərdik nə də "Twitter".
Nə Kim Kardashian`ı tanıyırdıq nə də Justin Bieber`i.
Bir Angelina Jolie var idi bir də Brad Pitt. Mobil
telefonlarla, "Whatsapp"la böyümədik biz.
Pokemonlarla böyüdük. Cedrik`lə böyüdük.
Digərlərindən fərqlənən, Facebook`da 3000 dənə dostu olan və statuslarına 2000 like gələn deyildi.
Ən çox kimin topu var idisə o idi digərlərindən
fərqlənən "11 duş" oynayanda. Məhlədə toz içində
oynuyurduq, yıxıla-yıxıla böyüyürdük, dizlərimiz
qanayırdı. Qabıq tutanda da yaranı qopartmağı
sevirdik. Qar yağanda lambir tapıb, üstündə oturub, buzda sürüşərdik. üstündə oturub, buzda
sürüşərdik. Əzələli və yaraşıqlı oğlanlar ; seksi və
gözəl qadınlar deyildi xəyalımızdakı insanlar. Ana və
atalarımızdı.. Həmişə onlar kimi olmaq istəyirdik.
Əvvəllər gerçək olmadığını bildiyimiz halda
"Qulyabani"dən qorxardıq. Bizi "Bunu eləməsən interneti bağlayacam, luna parka aparmayacam!"
kimi şeylərlə qorxuzmurdular. Kəndə gedəndə
ağaca dırmanmaq idi ən böyük xəyalımız, "necə
edim daha çox diqqət çəkim" kimi bir şey deyildi.
Birindən xoşumuz gələndə ona məktub yazardıq,
günlərlə necə bu məktubu verəcəyimizi düşünərdik, partada adımızın baş hərflərin yazardıq,bir qız
sevendr basqa cure severdik basqa hisslerimiz
varıydı saf esl hissler.. daha facebook`da profilini
axtarmazdıq. Dürtməzdik. Dostluq atmazdıq. Ən
azından xoşumuza gələn qızında gic stili, 15 sevgili
ilə təcrübəsi, "Balamın balasının balasıyam" kimi ləqəbi və yekə iplərdən ibarət şuzikləri olmazdı. Ən
azından düşünə bilən qız facebook`da oğlanlarla
rahat söyüşlə danışa bilən qız sayılmazdı. Ən
azından bir qıza baxanda seks qoxusundan çox, gül
qoxusu alardıq. Məktəbdə müəllimlərimizin heç vaxt
yemək yeməyini və tualetə getməyini fikirləşə bilmirdik. Ağlımıza gəlmirdi. İndi sosial şəbəkələrdə
müəllimlər şagirdləriylə dərsdən başqa hər şeydən
danışır. Seksi qız şəklinə işarətləyirlər bir-birlərini
bəzən. Hanı indi o bloklarda "fişka" oynayan
uşaqlar? "Love is" saqqızının şəkillərini yığan
uşaqlar? Samakat düzəltmək üçün paselnik axtaran uşaqlar? Evə çörək aparmağı, yıxılanı qalxızmağı
"Kişilik" bilirdik. İndi, siqaret çəkib, facebook`da like
yığıb, küçədə qızlara söz atmağın "Kişilik" olduğu
düşünülür. Ən bahalı telefonu işlətməyin,
planşetinin olmağının, ipodunun olmağının, "BBM",
"Facebook", "Twitter", "Whatsapp" hesabları olmağının, malakanda yatmağın, "Bombalıq"
sayıldığı bir gündəyik yəni. Çox yox, 4-5 il bundan
qabaq idi dediklərim. Biz böyüdük və kirləndi
dünya? Nə oldu axı bu qədər dəyişəcək? Keşkə yenə
dəcəl bir uşaq olsaydıq və yenə dizlərimiz qanasaydı
gozlerimiz yox "..
[cavab]
*_GrAnDeUr_*
29 Avq 2013 / 12:13
Super. Qizlar rey bildirin))
[cavab]
Susqun_Meley
29 Avq 2013 / 12:16
Elleriniz agrimasin.Cox gozel haxlisiz.deyirler zemane deyiwib ama eslinde deyiwen zemane deyil biz insanlariq.
[cavab]
Susqun_Meley
29 Avq 2013 / 12:17
*_GrAnDeUr_*, qizlar niye?bu herkescun yazilib tek qizlarcin deyil!
[cavab]
alenam
29 Avq 2013 / 12:56
Ellerine sagliq super
[cavab]
[=Mr_ViRuS=]
29 Avq 2013 / 12:59
Zordu brat. Chox deyiwikler olub.
[cavab]
[=Mr_ViRuS=]
29 Avq 2013 / 13:00
Susqun_Meley, nida ile niye daniwirsan ki ? Birde gormuyum seni bizim uwaglarnan nida ile daniwdigivi!
[cavab]
*Romantic*
29 Avq 2013 / 13:05
Düz demisen.
[cavab]
Irmak
29 Avq 2013 / 13:06
[cavab]
*Olsem_ulama*
29 Avq 2013 / 13:24
Yaxwidi...
[cavab]
Bölmeye qayıt
0.1589 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az