Menali sozler(by(pachker)
(=PaCHKeR=)
29 Avq 2013 / 03:28
Könlümdə taxt qurdun,
könlümün sultanı oldun, gecə
göy üzündə parlayan
ulduzam, sabah isə ruhuma
doğan günəşim oldun.
Səni sevirəm çünki əlini
qəlbimin üzərində hiss
etdiyim zaman, üzüntülərimi
alıb onların yerinə o
bənzərsiz sıcaqlığı verməyi
bacarırsan.
>>>>>>>>>>>>>>>>>Sevən unutmaz, unudan
sevməmişdir, əgər sevib
unutmuşsa sevgisini
bilməmişdir.
>>>>>>>>>>>>>>>>>Çiçəklər sola
bilir, yarpaqlar tökülə bilir,
səni hər kəs unuda bilir
amma mən əsla.
>>>>>>>>>>>>>>>>>Haraya gedərsənsə get
sevdadan qaçılmaz, könül elə
bir şey ki, hər kəsə açılmaz.
>>>>>>>>>>>>>>>>>Mən gedirəm mənim canım
gül bağçam. Mən ağlayıram
sən ağlama. Bir ömür boyu o
gül üzün həmişə gülsün.
Çünki güllər ağlamaz.
>>>>>>>>>>>>>>>>>Dünyan elə qaralsın ki, səni
aydınladan tək işıq gözlərim
olsun.
Gördüyüm ən gözəl yuxu
sənin olduğun, duyduğum ən
dərin sevgi sənin əsərin,
gördüyüm ən gözəl dünya
sənin gözlərin və qurduğum
>>>>>>>>>>>>>>>>>ən gözəl xəyal sənsən.
Sən ürəyimin dərinliyində
hər kəsdən uzaq hər kəsdən
fərqli olaraq yaşayacaqsan.
>>>>>>>>>>>>>>>>>Sən mənim son eşqim, dəli
sevdam, yaşamış olduğum ən
özəl insan olaraq qalacaqsan.
Sənə söz verirəm sən getsən
də, məni tərk edib, unutsan
da, səni mən əsla unutmayıb
hər an üçün sevəcəyəm.
>>>>>>>>>>>>>>>>>Sevgilərin ən gözəli səni
sevmək, gözləntilərin ən
gözəli səni gözləmək və
həyatın dadı sabaha
qalxdığımda sənin var
olduğunu bilməkdir.
>>>>>>>>>>>>>>>>>Ovcunun arasına bir ürək
buraxdım. İstəyərsənsə bir
kənara atarsan, istəyərsənsə
ürəyinin üstünə qoyub hər
zaman səninlə olacağını
xatırlayarsan.
>>>>>>>>>>>>>>>>>Mən bu həyatda bir çox
səhvlər edib acısını çəkdim.
Tək bir doğru iş gördüm oda
sənə qəlbimlə güvənməkdir.
Canımın içi düşünürəm sən
buna layiqsən.
>>>>>>>>>>>>>>>>>Gecələrdən qorxma,
pəncərəndə ulduz kimi
parlayacağam, uzaqdayam
deyə yalnızsansa kölgə kimi
arxanda, nəfəs kimi içində,
can kimi yanındayam.
>>>>>>>>>>>>>>>>>Əgər qədər səni mənim
qollarımdan alıb başqasının
qollarına atarsa bil ki, sənin
düyün musiqin mənim
cənazə marşım olacaq.
>>>>>>>>>>>>>>>>>Eşqin tək dili gözlərdir onlar
dodaqlar kimi yalan
söyləməz.
>>>>>>>>>>>>>>>>>Son bir günüm qalsa da fani
dünyada səninlə bərabər
olmaq istəyərəm. Sevincli
günləri təkrar-təkrar yaşayıb
əllərin əlimdə ölmək
istəyərəm.
>>>>>>>>>>>>>>>>>Səsini duysam da hər an
üzünü görmək kimi deyil.
Səni gözlədiyimi bil hər an.
Heç bir şey səni sevmək kimi
deyil.
>>>>>>>>>>>>>>>>>Sevgililər öpüşərkən nədən
gözlərini yumurlar
bilirmisən? Çünki gözləri ilə
deyil qəlbləri ilə görmək
istəyirlər. Yəni hiss etmək
istəyirlər. Sevgilim mən də
səni ruhumun dərinliklərində
hiss edirəm, çünki səni çox
sevirəm.
Dəniz dalğasız, könül
sevdasız olmaz, yarı gözəl
olanın başı bəlasız olmaz.
Sən güllərə qibtə etmə, güllər
sənə qibtə etsin. Üzmə şirin
canını sən güllərdən də
gözəlsən. Sevgi qədər məsum
seviləcək qədər özəlsən,
çünki sən bircəcik, hər şeyə
bərabərsən.
Buraxacağın bir əli tutma,
tutacağın bir əli buraxma.
Saxta sevgilərə gül
olmaqdansa gerçək sevgilərə
tikan olmağa dəyər bunu əsla
unutma.
Heç bir qız oğlana boyun
əyməz, heç bir oğlan da bir
damla göz yaşına dəyməz.
Səni sevirəm deyən sözlərə
deyil, sənin üçün ağlayan
gözlərə inan.
Yaxınlıq nə məkanla nədə
zamanladır. Yalnız əllər göyə
açıldığında ağlına gələnlər
yaxın olduqlarındır.
Onun gözəlliyini hər kəs
görürsə o məncə bir az
gözəldir. Onun gözəlliyini hər
kəs bilirsə o məncə heç gözəl
deyildir. Onun gözəlliyini
yalnız mən görürəmsə bu
sevgidir. Onun gözəlliyini
yalnız mən bilirəmsə bu
eşqdir. Heç kim bilmirsə bu
yalnızlıqdır.
Həyat bir damla sudursa eşq
bir damla göz yaşıdır.
Bu dünyada 2 qüsursuz insan
vardır. Biri doğmamışdır
digəri isə ölmüşdür.
Məni sənə qovuşduracaq tək
şeyin ölüm olduğunu
bilsəydim, əzrailin gəlməsini
gözləməzdim.
Yarpaq tökən gəncliyimin
sətir aralarında altı qırmızı
cızılmış və dırnaq içinə
alınmış susqunluğumun baş
hərflərisən.
Məndə Məcnundan füzun
aşiqlik istedadı vardır, aşiqi
məcnun mənəm Məcnunun
ancaq adı vardır.
Fırtınalar qopar könlümdə.
Səni axtararam xəyallarımda.
>>>>>>>>>>>>>>>>>Geriyə dönməsən belə,
könlüm yenə həmişə səninlə.
[cavab]
Irmak
29 Avq 2013 / 03:30
di
[cavab]
semi007
29 Avq 2013 / 03:50
yaxçidi
[cavab]
Bölmeye qayıt