CANIM ANNEEM
OpErA1
28 Avq 2013 / 01:38
Doğulub dünyaya gəldim
elə ki,
Çıxdı rahatlığın əlindən
ana.
Gecələr yatmayıb laylamı
dedin,
Of sözü duymadım dilindən
ana.
* * *
Doqquz ay bətnində
bəslədin məni,
Mən sənə nə etdim
bilmirəm ana.
İndi göz yaşlarım süzür
yanağa,
Yanaqda quruyur silmirəm
ana.
* * *
Uşaqkən qədrini bilmirdim
sənin,
Öpməzdim ağarmış
telindən ana.
İndi can üstəsən nə mənası
var,
Yüz kərə öpsəm də
əlindən ana.
* * *
Qəlbinə toxundum yenə
can dedin,
Bir ömür xətrimə
dəymədin ana.
Halal zəhmətinlə böyütdün
məni,
Heç kimə sən boyun
əymədin ana.
* * *
Yaxşı əməlinlə abidə
qurdun,
Hər kəsin qəlbində ucaldın
ana.
O qədər dərdimi, cəfamı
çəkdin,
Gözümün önündə qocaldın
ana.
* * *
Ömrünü caladın mənim
ömrümə,
Özünü mən qədər
sevmədin ana.
Özün öz canından pay
verdin mənə,
Ruhumda sən varsan
ölmədin ana.
* * *
Adın müqəddəsdir adına
qurban
Bəzəmək nə lazım naxışla
ana.
Əvəzin yox imiş gec
anlamışam,
Haqqını halal et bağışla
ana.
[cavab]
ErRoR_MirRoR
28 Avq 2013 / 01:39
[cavab]
OpErA1
28 Avq 2013 / 01:39
bir soz vare ananin qedrini ana olandn sora bilessn.dogurdan da duz sozdu bu
[cavab]
Golf
28 Avq 2013 / 01:41
En gözel Menim Anamdir :)Allah her kesin Anasina uzun ömür versin.Anasiz bir günüm olmasin...
[cavab]
OpErA1
28 Avq 2013 / 01:58
Golf, butun analar gozeldi
[cavab]
Golf
28 Avq 2013 / 02:03
OpErA1,tebii ki, men qisqaniram
[cavab]
(=AyaN=)
28 Avq 2013 / 02:05
Canim anam.ALLAH BUTUN ANALARIUSTUMUZDEN EKSIK ETMESIN AMIN!!!
[cavab]
_AGUERO_
28 Avq 2013 / 02:34
Ana adina layiq olan analar gozeldi...
[cavab]
dila
28 Avq 2013 / 02:51
OpErA1, SUUUUUUUPERRRRRRRRRRRRRRRR TŞK bunu yazdığlna görə canişkom benim əladır əla əla əla
[cavab]
dila
28 Avq 2013 / 02:53
Birdəki məni ANAMNAN yoxdur ın gözəl mənim anamdır
[cavab]
Bölmeye qayıt
0.1662 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az