SHEYTANIN DUASI. EMIN98
EMIN98
25 Avq 2013 / 04:23
Tekr edilmis Mecsidde Seytanin duasi.................
-Gecənin ən qaranlıq vaxtı bütün insanlar ve
qarışqalar öz yuvalarında yatrdılar.
İnsansızlıqdan qapsını toz basmış məscid
kimsəsiz küçələrin dərin qaranlığında, əbədi
sükutunda tənhalıq yuxusunda idi. Qəribə
bürkü vardı. Şəhərin yuxusunda qəribə bir
hürkü hiss olunurdu. Gündüzlər bəzənən,
süslənən, daranan, gecələr isə bütün suni
bəzəkləri cıxarıb yataqlarnda uyuyan əsl
simalarında eybəcər olan gözəlçələrə
bənzəyirdi. Heç bir canlı dərin sukutu
pozmaga cəsarət etməzdi amma cəsarətli kəs
addımı səsləri eşidildi. Qara libasına
bürünmüş bu yad qaranlığa qarışaraq
addımlayırdı. Qara uzun paltarı yer ilə
sürünür, sanki bütün zülməti özü ilə dartıb
aparırdı. Yavaşca məscidin qapısını acid Qapı
tükürpədici səs cıxardı. Bu məscidin çəkdiyi
“ah” idi. Axırkı onu yada salan olmuşdu
amma bu sevinc ahı bir an içində qəm
fəryadına çevrildi. Məscidin qonağı vardı
amma bu qonağ heç gözlənilmirdi də, Qara
uzun libasına bürünmüş qaranlıqdan
seçilməyən bu simada qan rəngli iki göz
parlayırdı. Bu şeytan idi…
Sonra Şeytan Məscidin çirkli xalçasına,
rəflərdəki toz basmış Quranlara, köhnə
minbərə baxdı. Bu mənzərə onu dəhşətə
gətirdi. Sonuncu dəfə Məscidə girəndə
yüzlərlə, minlərlə Müsəlman ona o, qədər lənət
yağdırmışdıkı çıxış yolu tapmayıb minarədən
atılmış və üç gün özünə gələ bilməmişdi. İndi
isə boş Məscidə baxır və duşmənlərnə yazığı
gəlrdi. Biraz irəlilədi, üzünü Qibləyə tutdu və
diz çökdü. Əllərini açıb duaya başladı:
-Ey uca və qüdrətli Allah-Təala sənə dua
etmədiyim 1000 il oldu. Özün bilirsən sənin
rizan üçün necə darıxmışam. Keçmiş vaxtları
xatırlayıram Cəbrayl, Mikayl, İsrafil, Ezrayl
yadma düşür. Sənə etdiyim ibadətlər yadıma
düşür. Mən sənə hər kəsdən yaxın olmuşdum
xoşbəxt idim və sonra insanı yaratdın və
mən günaha batdım, Böyük günaha. Məni
oradan qovdun cəhənnəmi qismət etdin. Yox,
mən tövbə etməyə gəlməmişəm, sözümüz
sözdür! Sözümüz sözdür qiyamətə kimi
insanları sənin yolundan çıxaracağımı vəd
etmişəm, səndə mənə vaxt verdiyini söz
vermişdin amma indi hər şey başqa cürdür
əvvələr mən insanları sənin yolundan çıxara
blirdim İndi isə heç kəsi pis yola sala
bilmirəm. Çünki insanlar özləri əyri yoldadılar.
Mənə heç ehtiyacda yoxdur mənide üzən,
kədərləndirən elə budur. Özümü çox lazmsız
hiss edirəm. Heç bir işə yaramayan bir
məxluq oldum. Həyatımın mənası insanları pis
yola çəkməkdi, indisə həyatmın mənası bitib.
Yalvarıram, uca Allah, mənim bir duamı qəbul
et. Yalvarıram dünyaya yaxşı insanlar gətir.
Məndə onları yoldan çıxarmağa çalışım. Boş
durmayım. Bekarçılıqdan ürəyim sıxılır.
Yalvarıram dünyaya yaxşı insanlar gətir. Qara
libaslı bu yad duasını bitirib, göz yaşlarını silb
yavaş-yavaş Məscidən çıxdı.
...Qara libasi yer ilə sürünərək qaranlığa
qarışdı və yad zülmətdə yox oldu...
[cavab]
Melis
25 Avq 2013 / 04:30
Yaziq weytan ne hallara dusub:(
[cavab]
NURK@
25 Avq 2013 / 04:56
Nebilime cox menali movzu acmisan bucur movzulara davam yazan ellerin var olsun cox cox tesekkurler
[cavab]
EMIN98
25 Avq 2013 / 05:03
twk. beyendiyinize sevindim:)
[cavab]
ErRoR_MEDVED
25 Avq 2013 / 05:49
Twk qardaw,Allah razi olsun,ibret almaq lazimdir
[cavab]
EMIN98
25 Avq 2013 / 06:09
ErRoR_MEDVED, twk qaqaw. sendende. he. ibretamiz hekayedi.
[cavab]
alenam
25 Avq 2013 / 11:16
cox tesirlidi, heqiqeten de yaxwi insanlar barmaqla sayilacaq derecededi
[cavab]
Bölmeye qayıt
0.1409 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az