__Maraqli__
*Romantic*
24 Avq 2013 / 20:10
İnsana ən çox acı verən nədir bilirsənmi? Yan-yana oturduğun halda
ona heç bir zaman " Səni sevirəm" söyləyə bilməməkdir...
Nə olar, bu ildə " insanlıq " dəb olsa...?
Düşünə bilən hər kəsin insan olması, insan olan
hər kəsin düşünə bilməsi mənasına gəlmir...
Əsl dostlar, yaxşı günlərdə dəvət ediləndə sizi ziyarət edərlər.
Qara günlərinizdə isə, dəvətsiz gələrlər.
Oğul, Atasından soruşur:
Oğul: Ata niyə oğlanla qız evlənəndə əl-ələ tutur ??
Ata: Oğul döyüşdən əvvəl hamı görüşür, əl sıxır !!
Mənə sual verilsə ki, ən böyük düşmənin kimdir?!
Deyərəm: Anamın göz yaşları!
İnsan üçün ən böyük qürbətlik, Rəbbindən uzaq qalmasıdır...
Dilini tərbiyə etmədən ürəyini et, söz ürəkdən gələr, dildən çıxar.
Uzaqlıq deyib dərd etdiyin nədir?
Biz Yaradanı görmədən sevmədikmi?
Bir qadınım olsun istəyirəm.
On barmağında 10 mərifət olsun istəmirəm, bir barmağında üzüyümüz olsun yetər.
Qız vardır sevgi üçün canını verər, qız vardır kef üçün qızlığını verər.
Oğlan vardır sevgi üçün canını verər, oğlan vardır kef üçün şərəfini verər.
Qadınlar sabah nə geyinsəm, deyə düşündükləri vaxta Dərs oxusalar,
İnanın mənə, atomun elemenlərini parçalayarlar.
Bu dövürdə ən çox Əzrailə güvənirəm, ən azından onun niyyəti bilinir.
Bir gün bir saytda "şifrəmi unutdum" linkinə daxil olduğunuzda "özünüdə unutsaydın"
cavabı gələrsə. Bilinki həmin saytı sizin ilk sinif rəhbəriniz qurub.
Ağzın dolu ikən danışmaq asan gələ bilər,amma ürəyin sevgiylə doluykən susmaq çətindir.
”Böyüyəndə nə olacaqsan?” -sualına “Onun olacağam” cavabını verənlər var.
Bir qadın sizinlə dəlicəsinə mübahisə edirsə buna sevinin,
çünki susmuş bir qadın üçün siz bitmişsinizdir deməkdir.
Heç Bir Günah ALLAHın Rəhmətindən Böyük Deyil...
Həyatda 3 qadını sev: Biri səni dünyaya gətirən,
Biri sənin üçün dünyaya gələn, Biri də səndən dünyaya gələn.
Dünyanı arzulayaraq onun cazibəsinə tutulmaq asandır.
Lakin ondan xilas olmaq çətindir.
Uşağın qəlbi heç əkilməmiş bir tarla kimidir. Ona nə verilsə qəbul edər. Hz. Əli (r.a)
Başqalarının sənin haqqında nə düşündükləri məsələsində
narahatlıq hiss etdiyin müddətcə, onlar sənin sahibindir.
Heç kimin keçmişini mühakimə etmə! Unutma, sən də öz gələcəyindən xəbərsizsən...
red. *Romantic* (24.08 /20:11)
[cavab]
EMIRIN*AWKI
24 Avq 2013 / 21:14
Eladi hamisi süperdi
[cavab]
*Romantic*
24 Avq 2013 / 21:32
EMIRIN*AWKI, tşk
[cavab]
Bölmeye qayıt
0.2176 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az