Mən Azərbaycanam..!!!
Isok
24 Avq 2013 / 05:53
Mənim adım müsəlman,
Terrorist 3-cü Dünya,
Mənim adım qara millət,
neftə bulaşmış qullar..
Mən işdən evə əliboş
gəlmiş atanın intizarı,
Mən oğlanların pozduğu
qızların intiharı..
Mən şikəst Qarabağ əlili,
polisin altında,
Mən rəis, neçə çadır var
kreslomun altında..
Mən üstündə villalar tikilən
başdaşları,
Mən içkili atadan qorxan
uşağın göz yaşları..
Mən hər gün basabasda,
illərlə dayanacaqda,
Mən başıboş tələbə
deputat oyuncaqları..
Mən oxunmayan ""Quran""
mən partladılan "Məsçid"
Mən Kukla teatrı, ya da ki,
Milli Məclis..
Məni azad edin, bədəndə
ruhuma zindanam,
Məni azad edin, özümə
qarşı son üsyanam..
Mən qanı yerdə şəhid, mən
çoxdan ölmüş canam,
Mən Azərbaycanam, Mən
Azərbaycanam..!!!
[cavab]
TENHA_MEZAR
24 Avq 2013 / 06:04
Yüksək balla qəbul oldum amma
nə fayda?!
Müəllimlər rüşvət istəyirsə əgər
hər ayda
Kimsə gəlir dərsə şoferiylə mən
metroyla
Ədalət oyuncaq imiş əlinə götür
oyna!
Dərsdən çıxıb işə gedirdim, işdən
isə studiya
Tanışım yoxsa, deməli yaxşı peşə
bir illuziya
Sevgili tapmaqla problem tapmaq
eynidir
Smslər bahalı hədiyyənin yerini
vermirdi. "
[cavab]
*_s
24 Avq 2013 / 12:36
siz repçisüz
[cavab]
ErRoR_MuSiC
24 Avq 2013 / 14:00
HOST
[cavab]
Larissa
24 Avq 2013 / 14:03
ELA ELA ELA
[cavab]
Seriyye
24 Avq 2013 / 16:07
Super
[cavab]
(=AyaN=)
24 Avq 2013 / 16:08
vau SUPERdi
[cavab]
Bölmeye qayıt
0.1703 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az