“Şalke” evdə büdrədi, “Fənərbaxça” darmadağın oldu

pol DarK_NiGhT 22 Avq 2013 / 12:39
Çempionlar Liqasının son təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə daha 5 görüş baş tutub.

Azərbaycanlı azarkeşlərin də maraqla gözlədiyi matç İstanbulda keçirilib. Türkiyənin “Fənərbaxça” klubu doğma azarkeşləri önündə İngiltərə nəhəngi “Arsenal”ı qəbul edib. Güclü rəqibi qarşısında çətinlik çəkən “sarı bülbüllər” meydandan 3:0 hesabı ilə məğlub ayrılıb. Bununla da İstanbul klubu mərhələ adlamaq şansını çətinə salıb.

Günün digər oyunlarında isə "Avstriya" və "Bazel" səfərdə qalib gəlsə də, "Şalke" və "Styaua" evdə büdrəyib.

Qeyd edək ki, komandalar arasında cavab görüşləri avqustun 27 və 28-də baş tutacaq.



Çempionlar Liqası, pley-off mərhələsi (ilk oyunlar)

21 avqust


"Dinamo" (Zaqreb, Xorvatiya) – "Avstriya" (Avstriya) - 0:2
QOL: Leovak, 68, Stankoviç, 75
Qırmızı vərəqə: Ante Rukavina, 71 ("Dinamo")

"Fənərbaxça" (Türkiyə) – "Arsenal" (İngiltərə) - 0:3
QOL: Gibbs, 51, Aron Remzi, 64, Olivye Jiru, 77 (pen.)

"Ludogorets" (Bolqarıstan) – "Bazel" (İsveçrə) - 2:4
QOL: Marselo, 23, Stoyanov, 50 - Salah, 12, 59, Sio, 64, Şar, 84 (pen.)
Qırmızı vərəqə: Uilson de Souza, 83 ("Ludogorets")

"Şalke" (Almaniya) – PAOK (Yunanıstan) - 1:1
QOL: Farfan, 32 - Miroslav Stok, 73

"Styaua" (Rumıniya) – "Legia" (Polşa) - 1:1
QOL: Piovassari, 34 - Koseçki, 53

[cavab]

pol VIP_MaestrO 22 Avq 2013 / 13:55
Heyif FENERE.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1566 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az