maraqlidi oxu
Frank
20 Avq 2013 / 15:44
Bir kral xalqı üçün çox
geniş və rahat yol
çəkdirdi. Yolu istifadəyə
verməzdən öncə bir
yarış təşkil etdi. Bu
yarışda istəyən hər kəs iştirak edə bilərdi və
yarışın məqsədi yoldan
ən gözəl şəkildə keçən
insanı müəyyən etmək
idi. Yarış günü xeyli insan
toplaşmışdı. Bəzi insanlar ən gözəl atlarını gətirmiş, bəziləri ən
gözəl paltarlarını
geyinmiş, bəziləri
saçlarını çox gözəl
formaya salmış, bəziləri özləri ilə
birlikdə ən dadlı yeməkləri
gətirmişdi.Nəhayət
bütün yarışçılar yoldan
keçdilər. Lakin hamı yolu
keçib yenidən kralın yanına qayıdanda
eyni şikayəti bildirirdi. Yolun bir hissəsi
böyük daş və
çınqılla dolu idi. Bu isə
yolu keçməyi
çətinləşdiridi.Günün axırında təkcə bir
yarışcı yolu keçməmişdi. Uzaqdan həmin
şəxsin
yorğun vəziyyətdə
gəldiyini gördülər. Gəlib
çatan kimi əlində olan qızıl kasanı krala
tərəf uzadaraq dedi: “Yoldan keçən zaman
orada olan
daşları və çınqılları
təmizləmək üçün
dayanmışdım. Bu qızıl kasanı da onların
altından tapdım. Yəqin ki, sizindi.”Kral təbəssümlə cavab
verdi:“O qızıl kasa
sənindir, cavan oğlan.”“Xeyr, mənim
deyil. Mənim heç vaxt
belə gözəl əşyam
olmayıb.”“Bəli, bu qızıl kasa sənindir. Ona görə
ki, bu yarışın qalibi sənsən. Yəni sən
yoldan
ən gözəl keçən
insansan. Çünki, bir
yoldan ən gözəl keçən insan, özündən sonra gələnlər üçün
yoldakı maneələri aradan
qaldıran insandır.”
[cavab]
ErRoR_SiQmA
20 Avq 2013 / 15:52
[cavab]
Yene_Sensiz
20 Avq 2013 / 16:45
Bunu oxumuwam. Superdi
[cavab]
Irmak
20 Avq 2013 / 17:10
[cavab]
Bölmeye qayıt
0.204 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az