Ad tapa billmedim)))))

pol MaraZ 19 Avq 2013 / 17:34
Həyat okeanda üzən tənha gəmidir. Ədalət isə
batan insandır. Gəmidəki insanlar yeməyi və
insanların batmağını izləməyi sevirlər,
batanlara yardım etmək istəyənlər isə üzməyi
bacarmırlar, həm də onların xilasediciləri
yoxdur. Okeanın səma ilə qovuşduğu üfüq isə
yalandır. Yalan hər zaman gözəl görünür və
insanlar ona heyran olurlar. Kapitan- insanları
xilas edəcək Nuh peyğəmbər deyil, insanları
üfüqə aparacağını söz verib, rüşvət əvəzində
onları ölümə məhkum edən fahişədir.
Siçovullar isə- xəyanətkardırla r. Onlar gəmidə
yaşayıb, qidalanırlar, amma bir təhlükə hiss
edən kimi oradan qaçıb gizlənirlər. Ölüm isə
yaşlı bir falçının anasıdır. O kimin öləcəyini
dəqiqliklə bilir, amma buna qədər o öz falçı
qızından soruşur. O bəzən öz
hesablamalarınd a səhv edir. Yaralı insan
bəzən sağalır, sağlam insan isə kitab
oxuyarkən dünyasını dəyişir. Sevgi isə... Sevgi
batıb, buna görə də bu gəmi artıq müdafiəsiz
qalıb.
Allah insanların daha nə qədər bu kapitana
etibar edəcəyini izləyir. Şeytan isə gülür, çünki
kapitan artıq ona satılıb...

[cavab]

pol -vuqar- 19 Avq 2013 / 18:00
bir sozle

[cavab]

pol (=AyaN=) 19 Avq 2013 / 18:05
Mmmaraglidi

[cavab]

pol Baxram4ik 19 Avq 2013 / 18:15
Super ellerine saglig

[cavab]

pol MaSTeR@ 19 Avq 2013 / 18:24
eledi cox sagol
red. MaSTeR@ (19.08 /18:25)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1318 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az