Seni heqiqeten sevirmi?

pol _ErRoR_HaCk_ 19 Avq 2013 / 05:36
Kişilərin sevgisini göstərmə
forması ilə qadınların
sevgisini göstərmə forması
bir-birindən çox fərqlidir. Biz
qadınlar onu sevdiyimizi hər
fürsətdə müəyyən edərik.
Mərhəmət və sevgi
işarələrimiz çox diqqətə
çarpandır. Çətin sevərik
amma möhkəm sevərik.
Kişilərin sevgi anlayışı bu
baxımdan bizə bir az dəyişik
gələ bilər. Çünki kişilər çox
asan sevirəm deyə bilir.
Bir kişinin sizi həqiqətən
sevib sevmədiyini anlamaq
üçün, sizə olan
davranışlarına nəzər salın.
Kişi yoldaşınız sizinlə
həqiqətən evlənmək
istəyirmi? Yoxsa yalnız
zamanmı keçirir..
Kişi yoldaşınız sizi həqiqətən
sevirsə sizə olan bu sevgisini
ən səmimi hərəkətlərlə
şübhəsiz hiss etdirəcək. Bir
qadın sevilib sevilmədiyini
çox asan anlaya bilər əslində.
Sevən kişi dəyər verən
kişidir. Dəyər verən kişi;
Çətin zamanlarınızda
səmimiliklə yanınızda olar,
Ona bir şeylər izah
etdiyinizdə sizi can qulağıyla
dinlər,
Zaman zaman xüsusi bir gün
olmadan sırf içindən gəldiyi
üçün sizə hədiyyələr alar,
Sizi zaman xərcləmədən ailəsi
və yaxın ətrafı ilə tanış edər,
Sizi ailəsi ilə qaynaşdırmağa,
ailəsinin sizi sevməsini təmin
etməyə çalışar,
Evlilik planları qurar,
Gələcəyə dair hər planına sizi
də daxil edər,
Sizə qarşı məsuliyyətlərinin
şüurundadır,
Üstünə düşən vəzifələri
yerinə yetirər.

[cavab]

pol *_Chinish_* 19 Avq 2013 / 12:31
Cox gozeldi dediklerine bu gün diqet yetirecem

[cavab]

pol (=AyaN=) 19 Avq 2013 / 12:32
Mmmaraglidi

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.175 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az