nurk@ gulumsemek
NURK@
18 Avq 2013 / 18:40
Gülümsəmək çətindir bəzən; Boğazındakı düyün varlığını tez-tez hiss etdirərkən. Göz bəbəklərin dolu, ürəyində davamlı bir sızı varkən...
Gülümsəmək çətindir bəzən; Ən güvəndiyin insanlar səni tərk etmiş, kütlənin orta yerində təkliyi özünə can yoldaşı etmişkən...
Gülümsəmək çətindir bəzən; Sevdiklərin bir-bir boşluqda itib gedərkən və səsin arxalarından qışqırmaq üçün cılız qalmışkən...
Gülümsəmək çətindir bəzən; Həyat çiyinlərində bütün ağırlığıyla özünü hiss etdirərkən və yaşamaq yalnız nəfəs alıb vermək olmuşkən...
Gülümsəmək çətindir bəzən; Ağlayan bir uşağın gözyaşlarında boğularkən ya da bir insana kömək edə bilməməyin əzikliyini yaşayarkən...
Gülümsəmək çətindir bəzən; Bu dünyada bir kütlə olmaqdan, kənara keçə bilmədiyin tez-tez xatırladılmışkən...
Gülümsəmək çətindir bəzən; Sevənlərin sevdiklərinə, dostların dostlarına, övladların valideynlərinə, insanların insanlara etdiklərinə şahid olmuşkən...
Gülümsəmək çətindir bəzən; Gözəl günlərini səssizcə dünənə təslim edib, sabaha ümidsizcə baxarkən və bu günü peşmançılıq içində yaşaya bilməzkən...
Gülümsəmək çətindir bəzən; Hər kəs üstünə gəlib səni əzərkən, əzilməyə baş qaldıra bilməzkən və öz gözündə belə kiçilərkən...
Gülümsəmək çətindir bəzən; Bütün kədərli mahnılarda özünü görüb içdən-içə ağlayarkən...
Gülümsəmək çətindir bəzən; Keçmişi xatırlamaq acı verərkən. Və keçmişə baxdığında yalnız səhvləri görərkən...
Gülümsəmək çətindir bəzən; Həyat ilə ölüm arasında seçim etmə nöqtəsinə gəlib, amma həyatı seçməmişkən...
[cavab]
ErRoR_SiQmA
18 Avq 2013 / 18:41
super
red. ErRoR_SiQmA (18.08 /18:41)
[cavab]
Leman15
18 Avq 2013 / 18:44

red. Leman15 (18.08 /18:44)
[cavab]
Kombayinci
18 Avq 2013 / 18:47
afarin
[cavab]
Bölmeye qayıt
0.1555 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az