Gülümsəmək çətindir bəzən
aynur653
18 Avq 2013 / 05:41
Gülümsəmək çətindir bəzən; Boğazındakı düyün varlığını tez-tez hiss etdirərkən. Göz bəbəklərin dolu, ürəyində davamlı bir sızı varkən...
Gülümsəmək çətindir bəzən; Ən güvəndiyin insanlar səni tərk etmiş, kütlənin orta yerində təkliyi özünə can yoldaşı etmişkən...
Gülümsəmək çətindir bəzən; Sevdiklərin bir-bir boşluqda itib gedərkən və səsin arxalarından qışqırmaq üçün cılız qalmışkən...
Gülümsəmək çətindir bəzən; Həyat çiyinlərində bütün ağırlığıyla özünü hiss etdirərkən və yaşamaq yalnız nəfəs alıb vermək olmuşkən...
Gülümsəmək çətindir bəzən; Ağlayan bir uşağın gözyaşlarında boğularkən ya da bir insana kömək edə bilməməyin əzikliyini yaşayarkən...
Gülümsəmək çətindir bəzən; Bu dünyada bir kütlə olmaqdan, kənara keçə bilmədiyin tez-tez xatırladılmışkən...
Gülümsəmək çətindir bəzən; Sevənlərin sevdiklərinə, dostların dostlarına, övladların valideynlərinə, insanların insanlara etdiklərinə şahid olmuşkən...
Gülümsəmək çətindir bəzən; Gözəl günlərini səssizcə dünənə təslim edib, sabaha ümidsizcə baxarkən və bu günü peşmançılıq içində yaşaya bilməzkən...
Gülümsəmək çətindir bəzən; Hər kəs üstünə gəlib səni əzərkən, əzilməyə baş qaldıra bilməzkən və öz gözündə belə kiçilərkən...
Gülümsəmək çətindir bəzən; Bütün kədərli mahnılarda özünü görüb içdən-içə ağlayarkən...
Gülümsəmək çətindir bəzən; Keçmişi xatırlamaq acı verərkən. Və keçmişə baxdığında yalnız səhvləri görərkən...
Gülümsəmək çətindir bəzən; Həyat ilə ölüm arasında seçim etmə nöqtəsinə gəlib, amma həyatı seçməmişkən...
[cavab]
_ErRoR_HaCk_
18 Avq 2013 / 05:43
Gedðr
[cavab]
aynur653
18 Avq 2013 / 05:45
_ErRoR_HaCk_, sag ol cirkin
[cavab]
_ErRoR_HaCk_
18 Avq 2013 / 05:52
aynur653, Hayda minye diyene baxe))
[cavab]
vussal
18 Avq 2013 / 07:46
insanlar yasha dolduqca gulemekleri azalir heyatda. men ushaq kimi gulenlere hesed edirem.
[cavab]
Ayla
18 Avq 2013 / 10:42
super
[cavab]
BLACKSCARPION
18 Avq 2013 / 12:28
Salamlar
[cavab]
ErRoR_SiQmA
18 Avq 2013 / 12:52
Super twk.
[cavab]
*XEDICE*
18 Avq 2013 / 13:08
Gulumsəmək cətindir bəzən: sevdiyin insanin sene xeyanet etdiyini oyrenede
[cavab]
Y@@@ur
18 Avq 2013 / 13:34
Superdi.
[cavab]
Bölmeye qayıt