Sus ürəyim sus!

pol aynur653 17 Avq 2013 / 06:57
Sus ürəyim sus!
Gözyaşlarım süzülüb tökülməsin üzərinə...
Səma mənimlə ağlarkən adını ürəyinə qazıtsanda sevdiyini izah edəcək gücün varmı?
Dodaqlarım adını söyləsə də, qollarım xəyalini qucaqlasa da içimi ağrıtmaqdan başqa etdiyin varmı?
Ümidlərdir insanın sarılacağı, gözlərin baxışlarıdır sevdiyini izah edən...
Sözlərdir aciz qalıb sevgini izah edə bilməyən...
Səhv anlama ürəyim ağlamaq istəmirəm...
İçimi ağrıtmaqdan, gözlərimi ağlatmaqdan başqa etdiyin varmı?
Hər mahnıda kədərlənib qəhr olmaqdan, bizim mahnımızda qəhirlərlə dolusu ağlamaqdan...
Xəyalları ,qanayan yaralarına qucaqlamaqdan başqa etdiyin varmı?
Ulduzlara bənzədib əllərimi uzadıb tuta bilməməkdən, göyqurşağını saçlarına tac edə bilməməkdən,
Küləklərin qanadlarına sevdamı yazmaqdan,
Dodaqlarımdakı busaları qırılıb yerlərə tökməkdən başqa etdiyin varmı ?
Sus ürəyim sus!!! Köz etmə yaralarımı, yaralarıma qucaqlayacaq sevdammı var...
Gözyaşlarıma toxunacaq əllərmi var...
Yoxsa sənə təqdim ediləcək bir dilim eşqmi var...
Nə olar sus ürəyim!!! Dəli külək olub əsmə, əsibdə canımı ağrıtma...
Gözlərimə qanları doldurma, kəfən etmə bədənimə hər şeyi...
Sus nə olar!!!
Ağrıtma canımı bu qədər, dözəcək gücüm yoxdu bilirsən...
Sənidə çıxarıb canlı canlı basdıraram ürəyim... NƏ OLAR SUS!!!

[cavab]

pol aynur653 17 Avq 2013 / 06:59
mene aiddi

[cavab]

pol Ayla 17 Avq 2013 / 07:02
aynur653, aglama benide aglaticaksin

[cavab]

pol aynur653 17 Avq 2013 / 07:03
Ayla, ela sozlerdi ey lap urek donduran:(

[cavab]

pol Ayla 17 Avq 2013 / 07:09
aynur653, he superdi

[cavab]

pol _xXxXxX_ 17 Avq 2013 / 10:43

[cavab]

pol By_AR 17 Avq 2013 / 11:15
5+ like

[cavab]

pol RUSLAN12 17 Avq 2013 / 11:46
Vaxt var idi sevgilim mennen kusmusdu men ise damarlarimi kesmek istedim cunki menim ona qarsi sevgim cox boyuktu indi ise nese meni sevir

[cavab]

pol aynur653 17 Avq 2013 / 17:49

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1587 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az