TeLeFoNuN şüalarının ZeRerLeri

pol HIRSIZ 16 Avq 2013 / 19:57
“Mobil telefonlar insanların
sağlamlığına siqaretdən də ağır
təsir göstərir. ” İngilis alimləri bu
yaxınlarda apardıqları elmi
araşdırmaların nəticələrini
açıqlayarkən bəyan ediblər.
Britaniyalı beyin cərrahı Vini
Kurana mobil telefonların insan
orqanizmində ciddi fəsadlar
törətməsi qənaətinə gəlib. O,
hökuməti bu fəsadların aradan
qaldırılmasında köməyə çağırıb.
Alim təklif edib ki, ilk növbədə
mobil telefonların radiasiya
səviyyəsi aşağı salınmalıdır.
Qeyd edək ki, son statistik
məlumatlara görə Azərbaycan
əhalisinin 60 %-dən çoxu mobil
telefondan istifadə edir. Bu
göstəricilər xüsusən də
şəhərlərdə, gənclər və orta
yaşlılar arasında üstünlük təşkil
edir. Bəs mobil telefonların zərəri
nədir və ondan qorunmaq yolları
varmı?
1. Mobil telefonlar eşitmə
sinirlərini korlayır. Mobil
telefonların səsi orqanizmin
qavrayıb cavab vermədiyi aşağı
tezlikli səslər sırasına daxildir ki,
bu da orqanizmə ziyandır, yəni
eşitmə orqanının funksiyasını
korlayır. Mobil telefondakı tezlik
insanın normal eşitməsi üçün
müəyyən olan tezliyə uyğun
gəlmir. Gün ərzində mobil
telefondan 35-45 dəqiqədən çox
olmayaraq istifadə etmək
lazımdır.
2. Görməni zəiflədir. Gözü kiçik
ölçülü ekrana saatlarla zilləyib
oyunlar oynamaq, ismarıclar
yazmaq görməni zəiflədir və baş
ağrıları yaradır. Şüanın
təsirindən gözdə quruluq, qızartı
əmələ gəlir, göz qapaqlarını açıb-
bağlayarkən narahatlıq hissi
yaranır. Ümumiyyətlə, mobil
telefondan istifadə yetkinlik
yaşına çatmayanlarda göz
zəifliyinə meyl yaradır. Erkən
yaşlardan mobil telefondan çox
istifadə edilərsə, gənclər eynək
taxma problemi ilə üzləşə bilər.
Mobil rabitə nevroz xəstəliyi
yarada bilər ki, bu da bəzən
tibbdə heç nə ilə izah olunmayan
baş ağrılarının müşahidə
edilməsinə, yuxusuzluğa səbəb
olur.
3. Radiasiyanın insan
orqanizminə ziyanı hamıya
məlumdur. Telefonu çarpayıya
yaxın qoyub yatanda səhər baş
ağrıları ilə oyanmaq təəccüblü
görünməməlidir. Telefon
söndürülmüş vəziyyətdə olsa
belə onun insan orqanizminə
ziyanı var. Telefonu əyləncə
üçün istifadə etmək olmaz.
Telefon yalnız danışmaq üçün
vasitədir. Mobil telefon ana
bətnində körpənin qənimidir.
Mobil telefondan fəal istifadə
kişilərdə sonsuzluq yarada bilər.
4. Xərçəng xəstəliyi mənbəyidir.
Rusiyanın baş dövlət sanitar
həkimi Gennadi Onişenko “Exo
Moskvı” radiostansiyasına
verdiyi açıqlamada bildirib ki,
mobil telefonlar bir çox fəsadlar,
o cümlədən xərçəng şişləri
yaratması artıq sübut olunub.
Aparılan araşdırmalar mobil
telefonların işi zamanı yaranan
qısadalğalı, yüksək tezlikli, kiçik
elektromaqnit şüalanmasının
orqanizmin genetik strukturuna
da təsir etdiyini təsdiqləyir.
Avropa alimləri tərəfindən
aparılmış tədqiqatlar da bunu
təsdiqləyib. AB Səhiyyə
komissiyasının yaydığı
hesabatda bildirilir: “Mobil
telefonların elektromaqnit
şüalanması nəticəsində insan
orqanizmində hüceyrə
səviyyəsində müşahidə olunan
genetik dəyişikliklər, mutasiyalar
baş verir. Sözügedən
mutasiyaların mümkün
nəticələrindən biri isə xərçəng
xəstəliyidir. ”
Alimlərin hesablamalarına görə,
hətta 0,3 vt/kq səviyyəli
şüalanmada belə orqanizmdəki
hüceyrələrdə fəsadlı proseslər
başlayır. Halbuki GSM
standartında işləyən
telefonlarda şüalanma səviyyəsi
əksər hallarda 1 vt/kq-a çatır.
Azərbaycan Rabitə və
İnformasiya Texnologiyaları
Nazirliyi isə mobil telefonlardan
qorunmanın ən sadə üsullarını
təklif edib.
-Mobil telefonlarla danışıqlarınızı
mümkün qədər konkret edin,
şəhərdaxili və ya şəhərarası
rabitə xəttinə üstünlük verin.
-Uşaqlara bu vasitədən yalnız
məcburi hallarda istifadə etməyə
imkan verin və mobil telefonları
körpələrdən uzaq tutun, hətta
qadınların hamilə olduğu
dövrlərdə evdə olan bütün mobil
telefonları söndürün.
-Telefonunuzu qulaqcıqlı
ötürücülərlə idarə edin (bu
zərərin qarşısını tam almasa da,
müəyyən miqdarda kömək edir).
-Zəngli saat rejimində baş
nahiyənizə yaxın qoymayın.
-Mobil telefonun ən zərərli
olduğu vaxt – sənə zəng gələndə
və sən nömrəni yığıb “yes”
düyməsini sıxdığın anda
telefonu başınızdan uzaq tutun.
-Məktəbdə, xəstəxanada
ümumiyyətlə, körpə uşaq və
yaşlıların olduğu yerdə mobil
rabitədən istifadə etməyin. Bu
zaman ən çox zərərçəkmiş onlar
olur.
Sağlamlığınızın qeydinə qalın.
Allah amanında

[cavab]

pol _Gulya_ 16 Avq 2013 / 20:03
day bu o,demekdiki telefonu atin :)
yazdiqlariniz demek olarki coxu mende var.melumat ucun twkr

[cavab]

pol Ayla 16 Avq 2013 / 20:09
boooy mamam ewitmesin bunu telefona hesret qalacam.baw agrilarinnan olurdum hekim qeti wekilde telden uzag ol deyir mende eksini edirem

[cavab]

pol HIRSIZ 16 Avq 2013 / 20:13
Ayla, yeqin eksini edenden sora baw agrilarin keçib he

[cavab]

pol HIRSIZ 16 Avq 2013 / 20:14
_Gulya_, çox sagol

[cavab]

pol _Hack_ 16 Avq 2013 / 20:18
Day dinen biz ujey mehv olmuwuq ki srokumuza az qalib

[cavab]

pol Ayla 16 Avq 2013 / 20:21
HIRSIZ, desem inanmazsiz ama baw agrilarim yoxdu daha gedib hekimi tapacam deyecem evvelkinnen cox indi telnen oynuyuram baw agrilarim olmur ama

[cavab]

pol Lio 16 Avq 2013 / 21:58
gunde 5-6 saat dayanmadan baxiram.gerey hec telfonu elime almiyim.

[cavab]

pol HIRSIZ 16 Avq 2013 / 22:07
Lio, gözlerin hele görurse demeli prablem yoxdu
red. HIRSIZ (16.08 /22:10)

[cavab]

pol *Romantic* 16 Avq 2013 / 22:08
Oha.bu nədi.dinen sabah öldümki

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.2111 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az