Kral və həyat yoldaşları
aynur653
16 Avq 2013 / 07:47
Bir zamanlar, böyük və güclü bir ölkəni idarə edən kralın dörd yoldaşı varmış.
Kral ən çox dördüncü yoldaşını sevər, bir dediyini iki etməz, hər şeyin ən gözəlini, ən yaxşısını ona verərmiş.
Kral üçüncü yoldaşını də çox sevərmiş. Bu gözəlliyin bir gün özünü tərk edə biləcəyindən qorxduğu üçün, onu çox qısqanar,
üzərinə titrəyərmiş. Kral ikinci yoldaşını da sevərmiş. Özünə qarşı hər zaman yaxşı və səbirli davranan
yoldaşı, nə vaxt bir dərdi olsa daim onun yanında tapılar, problemin həllində ona dəstək verərmiş.
Kraliça olan birinci yoldaşıymış. Kralın onu ən çox sevən, qarşılıq gözləmədən sevən, sağlamlığına və hökmranlığına ən
böyük töhfəni verən bu yoldaşı olmasına baxmayaraq, kral bu yoldaşını heç sevməz və onunla heç maraqlanmazmış.
Bir gün kral ölümcül bir xəstəliyə yoluxubmuş. Yaxında öləcəyini anladığı və öldükdən sonra tək qalmaqdan çox qorxduğu üçün,
yoldaşlarından hansının ölüm yalnızlığını onunla paylaşmaq istəyə biləcəyini öyrənmək istəmiş.Ən çox sevdiyi dördüncü yoldaşına,-
" Ölüm yolunda mənə yoldaşlıq etmək istəyirsənmi? " deyə soruşduqda, aldığı cavab ürəyinə bir bıçaq kimi batan, qısa və dəqiq,-
"Mümkün deyil!" olmuş.- " Həyatım boyunca səni sevdim, sən mənimlə birlikdə ölməyi qəbul edə bilərsənmi? " sualını üçüncü həyat yoldaşı,
- " Xeyr, həyat çox gözəldir. Sən öldükdə mən yenidən evlənəcəyəm " - deyə cavablandırmış və kral bir dəfə daha yıxılmış.-
" Hər problemimdə, hər zaman yanımda olan, mənə kömək edən sən idin. Bu problemimdə də mənə kömək olarsanmı?
" - sualına ikinci yoldaşından,- "Bu problemin üçün bir şey edə bilmərəm. Olsa olsa sənə məzarına qədər yoldaşlıq edər, gözəl bir dəfn
mərasimi etdirər və yasını saxlaram" - cavabını eşidir.Böyük bir xəyal qırıqlığı yaşayan kral birinci xanımının səsinə diksinir:-
" Hara gedirsən get, səninlə olaram, səni təqib edərəm. "- " Ah! " deyə inləyir kral;- " Kaş ki, bir şansım olsaydı "
[cavab]
(=KraL=)
16 Avq 2013 / 11:45
Like:)
[cavab]
_*AsKoLiK*_
16 Avq 2013 / 12:18
O kralin bawina daw duwsun
[cavab]
aynur653
16 Avq 2013 / 19:56
[cavab]
ROM@NTIK_AWK
16 Avq 2013 / 20:11
HARALARDA OLMUWDUN GORSENMIRDIN
[cavab]
aynur653
16 Avq 2013 / 20:14
ROM@NTIK_AWK, ele sende olmusdunde
[cavab]
ROM@NTIK_AWK
16 Avq 2013 / 20:17
aynur653, MEN EVLI BAXLI ADAMAM SENE NOLUB YAXWI DEDILER AYNURU MAWIN VURUB DELI OLDUM ARDAN BOWANDIM
[cavab]
Bölmeye qayıt
0.2302 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az