Imadeddin Nesimi
NARDARANLI
15 Avq 2013 / 15:03
Məndə sığar iki cahan, mən bu
cahana sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü
məkana sığmazam.
Ərşlə fərşü kafü nun məndə
bulundu cümlə çün,
Kəs sözünüvü əbsəm ol, şərhi-
bəyana sığmazam.
Kövni-məkandır ayətim, zatidürür
bidayətim,
Sən bu nişanla bil məni, bil ki,
nişana sığmazam.
Kimsə gümanü zənn ilə olmadı
həqq ilə biliş,
Həqqi bilən bilir ki, mən zənnü
gümana sığmazam.
Surətə baxü mə’nini surət içində
tanı kim,
Cism ilə can mənəm, vəli cism ilə
cana sığmazam.
Həm sədəfəm, həm inciyəm, həşrü
sirat əsinciyəm,
Bunca qumaşü rəxt ilə mən bu
dükana sığmazam.
Gənci-nihan mənəm mən uş, eyni-
əyan mənəm, mən uş,
Gövhəri-kan mənəm, mən uş,
bəhrəvü kana sığmazam.
Gərçi mühiti-ə’zəməm, adəm
adımdır, adəməm,
Tur ilə künfəkan mənəm, mən bu
məkana sığmazam.
Can ilə həm cahan mənəm, dəhrilə
həm zaman mənəm,
Gör bu lətifəyi ki, mən dəhrü
zamanə sığmazam.
Zərrə mənəm, günəş mənəm, çar
ilə pəncü şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyana
sığmazam.
Zat iləyəm, sifat ilə, gülşəkərəm
nabat ilə,
Qədr iləyəm bərat ilə, bəstə
dəhana sığmazam.
Nara yanan şəcər mənəm, çərxə
çıxan həcər mənəm,
Gör bu odun zəbanəsin, mən bu
zəbana sığmazam.
Şəhd ilə həm şəkər mənəm, şəms
mənəm, qəmər mənəm,
Ruhi-rəvan bağışlaram, ruhi-
rəvana sığmazam.
Tir mənəm, kaman mənəm, pir
mənəm, cavan mənəm,
Dövləti-cavidan mənəm,
ayinədana sığmazam.
Gərçi bu gün Nəsimiyəm,
haşimiyəm, qureyşiyəm,
Məndən uludur ayətim, ayətə, şana
sığmazam
[cavab]
Bölmeye qayıt
0.2078 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az