=={Sevdiyin renge gore ozunu tani}==
Melis
15 Avq 2013 / 14:59
Ağ rəng
Bu bütün rənglərin sintezidi.Buna görə də
o, ideal rəng hesab olunur- "xəyal rəngi". Onda çox mənalı fikirlər
mövcuddur. Çünki o, eyni zamanda həm işıq parıltısı həm də buz soyuğun
ifadə edir. Bu rəngə istənilən xarakterə malik insan üstünlük verə
bilər.Bu rəng heç zaman insanı özündən uzaqlaşdırmır.
Qara rəng
Bu rəng mənfi hadisələrlə bağlı
həyəcanlandırıcı vəziyyət yarada bilər.O, həyatın qeyri-şən qəbul
olunmasını simvolizə edir. Qara rəngli geyimlər geyməyə üstünlük verən
insanlar (matəm halları istisna olmaqla- bu xüsusi haldır ) adətən
həyatı qəmli çalarlarda qəbul edir, özünə inamı olmur, xoşbəxt deyil,
depresiyaya meyillidir və belə hesab edir ki, həyatda ideallar
əlçatmazdır.Qara rəngli kostyum və ya paltarın digər daha parlaq geyimlə
dəyişdirilməsi onu göstərir ki, pessimist əhval tədricən zəifləyir.
Boz rəng
Hər hansı qərarı qəbul etməzdən əvvəl uzun
müddət düşünən ehtiyyatlı və etimadsız insanların sevimli rəngidir .Bu
rəngi həmçinin özü haqqında bərkdən məlumat verməkdən qorxan insanlar da
üstün tuturlar. Qeyd edilən rəngdən xoşu gəlməyən insanlar impulsiv və
qeyri- ciddi xarakterli olurlar.
Qırmızı-ehtiras rəngi
Belə insanlar cəsurluğu, iradəsi,
hakimliliyi, çılğınlığı, ünsiyyətcilliyi,başqalarını düşünmək
qabiliyyətinə malik olmaları ilə fərqlənirlər.Bu rəngin qıcıqlandırdığı
insanlarda isə adilik kompleksi, davalardan qorxma, tənha qalmağı sevmə,
əlaqələrdə qeyri stabillik kimi hallar inkişaf etmiş olur.
Çəhrayı-bu rəng bütün canlıların həyat
rəngidir.
O, sevməyin zəruriliyi və xeyirxah olmağın
vacibliyini söyləyir.Bu rəngi sevən insanlar hər xırda məsələyə görə
həyəcanlanır .Praqmatik insanlarda isə bu rəng qıcıqlanmaya səbəb olur.
Bənövşəyi
rəng
Bu rəng yüksək emosianallıq, həssaslıq,
yüksək mənəviyyat və incəlikdən xəbər verir. Bənövşəyi rəng hormonik
inkişaf etmiş insanların rəngidir. İnkişaf etmiş borc hissli və
həqiqətlə yaşamağı sevən insanlar isə bu rəngi xoşlamırlar.
Mavi rəng
Bu səma rəngi olduğuna görə onu adətən
insanın mənəvi yüksəlişi, onun təmizliyi ilə əlaqələndirirlər.Ona riayət
təvazökarlıq və qəmginlikdən xəbər verir.Belə insan tez-tez istirahət
etməlidir.Çünki o asanlıqla yorulur.Belə insanlara özünə inam hissi və
ətrafdakıların qayğısı vacibdir.Verilmiş rəngi qəbul etməyən insanlar
isə dünyadakı hər şeyin onlara tabe omasını göstərmək istəyirlər.Lakin
nəticədə onlar özünə inamı olmayan və özünə qapalı insanlardır.Bu rəngə
qarşı etinasızlıq, hisslər sahəsində sadəlövlükdən və maska altında
gizlənmiş nəzakətdən xəbər verir.
Yaşıl-təbiət rəngi, təbiilik, həyatın
özünün, yazın rəngidir.
Bu rəngi sevən insanlar başqalarının
təsirindən qorxur, özünü təsdiq metodları axtarır.Belə ki bu onun üçün
həyati vacib məsələdir. Eyni rəngi sevməyən insanlar isə həyatdakı
problemlərdən, taleyin sərt üzündən və ümumiyyətlə bütün çətinliklərdən
qorxurlar.
[cavab]
ErRoR_SiQmA
15 Avq 2013 / 15:00
menim mavi rengden xosum gelir twk
[cavab]
_*AsKoLiK*_
15 Avq 2013 / 15:01
Kimse renge gore ozun taniyirsa hec tanimasa onnan yaxwidi))
[cavab]
GULSEN
16 Avq 2013 / 20:28
mavi-sema renginden xosum gelir.movzuya gore twk
[cavab]
*KisS_THe_RaiN*
17 Avq 2013 / 16:41
BiY MeN SeVDiYiM ReNG YoXDuKi(
[cavab]
Bölmeye qayıt