=={Goy qursaginin rengleri}==
Melis
15 Avq 2013 / 14:39
Dünyanın bütün rəngləri bir gün bir yerə toplanmışlar və hansı rəngin ən əhəmiyyətli ən xüsusi olduğunu müzakirəyə baslamışlar ;
YAŞIL demiş ki : "Əlbəttə ən əhəmiyyətli rəng mənəm.. Mən həyatın və ümidin rəngiyəm. Çəmənlər, ağaclar və yarpaqlar üçün seçilmişəm.. Bir hər yerə baxın, hər tərəf mənim rəngimdədir.."
MAVİ tez sözə atılmış : "Sən təkcə yer üzünün rəngisən, ya mən..? Mən həm səmanın həm də dənizin rəngiyəm.. Səmanın mavisi insanlara huzur dinclik verər və huzur dinclik olmadan siz heçbir işə yaramazsınız.."
SARI sözə başlamış : "Siz zarafat edirsiz? Mən bu dünyaya istilik verən rəngəm.. Günəşin rəngiyəm.. Mən olmasam soyuqdan donarsınız hamınız.."
TURUNCU onun sözünü kəsdi: "Ya mən? Mən saglamlığın və müqavimətin rəngiyəm.. İnsan yaşaması üçün lazımlı vitaminlər hamı həmişə mənim rəngimdə tapırlar.. Portağalı, markofu düşünün.. Mən çox ortalarda görünən bir rəng olmaya bilərəm amma günəş doğularkən və batarkən səmaya o gözəl rəngi verən də mənəm unutmayın.."
QIRMIZI daha dözə bilmir : "Mən hamınızdan üstünəm! Mən qan rəngiyəm.. Qan olmadan həyat olarmı..? Mən təhlükə və cəsarətin rəngiyəm! Savaşın və atəşin rəngiyəm! Aşqın və tutqunun rəngiyəm!!! Mənsiz bu dünya bomboş olardı.."
BƏNÖVŞƏYİ ayaga qalxır : "Hamınızdan üstün olan mənəm.. Mən zadəganlıq və gücün rəngiyəm.. Bütün krallar, liderlər məni seçmişlərdi.. Mən nüfuz və bilgeligin rəngiyəm, insanlar məni sorğulamaz... Dinləyib və itaət edərlər.."
Və bütün rənglər hamısı bir agizdan döyüşə başlamışlar.. Hər biri digərini itələyib yuxarı qalxarmışlar ;
"Ən böyük mənəm" deyərmişlər..
Deyərkən bir anda şimşəklər şakıldamış,ve yagış damlacıqları göydən düşməyə başlamiş.. Bütün rənglər nə baş verdiyini anlamamışlar, qorxuyla bir-birlərini qucaqlamışlar..
Və YAGIŞın səsi gəlmiş. "Sizi axmaq rənglər.. Bu döyüşünüzün mənası nə? Bu ağıllı cavabınız nədir? Siz bilmirsiniz ki hər biriniz fərqli bir vəzifə üçün yaradılmısınız, bir-birinizdən fərqlisiniz və hər biriniz özünüzə dəyərlisiniz indi əl-ələ tutun və mənə gəlin!"
Rənglər bunun üçün özlərindən çok utanırlar.. Əl-ələ tutuşub birlikdə göy üzünə havalanırlar və bir şəkil formasını almişlar..
Yagış onlara ; "Bundan sonra.." "Hər yagış yagdıgda siz birləşib bir rəng halında göy üzündə yer üzünə uzanacaqsınız və insanlar sizi gördükcə huzur dinclik tapacaqlar, güc tapacaqlar.. İnsanlara sabahlar üçün ümid olacaqsınız.. Göy üzünün bir kurşaq kimi qucaqlayacaqsınız və sizə GÖYQURŞAGI deyəcəklər.. Razılaşdıq? "
Bu səbəbdən nə vaxt dünyamıza yagış yagsa, arxasınca göy üzündə Göyqurşağı meydana gələr..
Biz də Göyqurşagindakı o rənglər kimi bir-birimizdən fərqliyik və hamımız çox xüsusiyik..
Bunu bilərək ətrafımızla uyğunlaşmaq üçün yaşamalıyıq..
[cavab]
alenam
15 Avq 2013 / 14:41
Superdi canim ellerine sagliq:)
[cavab]
Melis
15 Avq 2013 / 14:42
alenam, deyez
[cavab]
@Seyyid@
15 Avq 2013 / 14:45
superdi twk.
[cavab]
ErRoR_SiQmA
15 Avq 2013 / 14:46
ela supperrr twk
[cavab]
Bölmeye qayıt