nurk@ oxumaga deyer

pol NURK@ 15 Avq 2013 / 01:34
Allah Təala insana saysız nemətlər vermişdir. Ən kasıb insanın belə milyardlarla manat ilə ölçülməyəcək zənginlikləri vardır. Xəzər dənizi qədər qızıl və gümüş versələr,görəsən, insan 2 gözünü və ya 2 ayağını fəda edə bilərmi? Uca Allah bəndəsinə xitab edərək: “Ey bəndəm! Mənim sənə verdiklərimi geri ver, sənin olan nə varsa səndə qalsın” desə görəsən bəndənin yanında özünə aid nə qalar ki?
Insanoğlu diş ağrısı çəkdiyi zaman həkimə gedər, ağrılar içərisində qıvranaraq dişlərini çəkdirər, çıxarkən də pulunu ödəyər və diş həkiminə təşəkkür edərək çıxar. Amma o 32 dişi pulsuz verənə şükür etməyi ağlına belə gətirməz. Vücudunun pozulan nizam ve intizamı üçün milyardlar verərək əməliyyat keçirər, sonra da həkimə minnətdarlığını bildirər. Amma bədənini yaradıb nizamlayan elmi və qüdrəti sonsuz Allaha qarşı təşəkkür duyğuları bəsləməyi ağlından keçirməz.
Allah dostlarından Şibli şükrü tərif edərək bunları söyləyir: “Şükür neməti deyil neməti verəni görməkdir”
Nemətlər içərisində olub, o nemətləri lütf edəni görməmək nankorluqdur.
“Həqiqətən , göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər və deyərlər: ”Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəsssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (Ali İmran, 190-191)
Uca Allah Ənkəbut surəsinin 29-cu ayəsində “Allahı xatırlamaq ən böyük ibadətdir” deyə buyurmuş və əl-Bəqərə 152-ci ayəsində ən böyük ibadət olan zikrin yanında şükrü də birlikdə anmışdır: “Siz Məni xatırlayın ki, mən də sizi yada salım! Mənə şükr edin, Məni danmayın!”
İnsan ehtiyac zamanında özünə bir kibrit dənəsi verənə və ya bir stəkan su verənə təşəkkür edər. Belə olan halda özünə sayıla bilməyəcək qədər çox nemət verən Allaha təşəkkür etməz.
Əbu Hureyrə (r.a)-dan rəvayət edildiyinə görə Rəsulullah (s.ə.s) belə buyurdu:
“Allaha həmd edərək başlanmayan hər mühüm iş bərəkətsiz olur.”

[cavab]

pol _Gulya_ 15 Avq 2013 / 01:50
yazdiginiz ucub tewekkur.ela

[cavab]

pol Fellow 15 Avq 2013 / 01:50
bu nedi((( bunu oxumaq olar hec ))

[cavab]

pol NURK@ 15 Avq 2013 / 01:52
Fellow, dine aitdi oxu maraqlidi

[cavab]

pol _ErRoR_HaCk_ 15 Avq 2013 / 02:17
Fellow, Oxumursansa uc movzudan zirzemiye

[cavab]

pol Man 15 Avq 2013 / 02:23
NURK@, movzudu.

[cavab]

pol Fellow 15 Avq 2013 / 02:45
_ErRoR_HaCk_, dansiqvu bil

[cavab]

pol _ErRoR_HaCk_ 15 Avq 2013 / 02:49
Fellow, bilmirem pasan sora?

[cavab]

pol Fellow 15 Avq 2013 / 02:50
_ErRoR_HaCk_, inbox yaz ne sozun var

[cavab]

pol NURK@ 15 Avq 2013 / 02:54
_ErRoR_HaCk_, sen niye dava salirsan menim movzularimda eseblesirem xeberin olsun

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1858 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az