Sen heyatim gelen gunu, cetin qebul etmisdim.
_ErRoR_HaCk_
14 Avq 2013 / 15:22
Sən həyatıma gələn günü
çətin qəbul etmişdim.Heç
kimi sevməmişdim sən
gələnə qədər. Gəlişin məndə
həm özümə olan inamı
artırdı, həm də boynuma
böyük bir yük qoydu. İlk
əvvəl hər şey çətin idi,
öyrəşə bilmirdim. Bəs onda
məni nə məcbur edirdi səni
sevməyə!? Bilmirəm.....Bəlkə
də özümün də xəbəri
olmadan sevmişdim səni...
Aylar gəlib keçdi. Məni o
qədər çox sevirdin ki, bu
sevgi ayaqlarımı yerdən
üzmüşdü. Hamı heyrətlə
baxırdı bu sevgiyə. Yəni bu
sevgi bir gün bitərmiş? Hə,
demək bitərmiş...
Zaman keçir və insan çox
şeyləri, çox söhbətləri
paylaşır. Qarşısındakı insan
artıq sənə sahibin kimi
davranır.Sevgi zamanla
azalır.Və sən bundan narahat
olursan.Özünə bunları
deyəndə "Bəsdir, uşaqlıq
eləmə.Mən səni çox sevirəm"
deyir.
Qadınlar, ümumiyyətlə,
kişilərdən daha çox sevgi
gözləyirlər. İlk öncə öz dediyi
kimi "əldə" edənə qədər can
atır, sonra artıq əmin
olduqdan sonra hər şey
adiləşir.
Və buna insan bir müddət
dözür, dözür, amma sonra
partlayır. Ürək qırılır... Ürək
qırılmağı nədir, bilən var?!
Mən bilirəm. İnsanın içi yanır,
sanki kimsə ürəyinə yanar
bir od salır. Hec bir gülməli
söhbət səni güldürə
bilmir,ürəyin qan ağlayarkən
gülmək mümkün olmur.
Qurduğun planlar yadına
düşür, yanırsan. Yer
tapmırsan özünə... Bax, belə
bir şeydir ürək yanğısı, hələ
bundan da betərdir. Anlamaq
üçün bunu yaşamaq lazımdır.
Amma sizə arzu etmirəm...
Çünki sevgi gözəl bir
duyğudur. Çox özəldir.
Mənalıdır. Yaşlı bir insan belə
50 yaşında, 60 yaşında sevə
bilir. Sevginin yaşı, vaxtı
yoxdur. Anidən gəlir və
anidən də gedir...
[cavab]
Bölmeye qayıt