diqqetle oxu...

pol Frank 13 Avq 2013 / 12:46
Gənc şahzadə taxta çıxan kimi ölkəsini ədalətlə idarə etmək üçün dünya tarixini öyrənmək istədi.
Odur ki, bütün məşhur alimləri saraya topladı və: “Mənə dünyanın tarixini yazın. Mən də oxuyub ölkəmi ədalətlə idarə edim”, — dedi.
Aradan bir il, üç il, beş il, on il, iyirmi il… keçdi, ancaq alimlərdən hələ də səs-soraq yox idi. Şah yenidən alimlərə xəbər göndərdi və dünyanın tarixini soruşdu. Çox keçməmiş alimlər 40 dəvə yükü kitabla şahın hüzuruna gəldilər. Şah kitablara baxdı və: “Mən 40 dəvə yükü kitabı oxuyub qurtara bilmərəm. Yaxşısı budur, siz bunları bir az azaldın”, — dedi.

Yenə aradan bir il, üç il, beş il, on il… keçdi, ancaq alimlərdən bir səs-soraq gəlmədi. Şah yenə alimlərə xəbər göndərdi. Alimlər bu dəfə iki dəvə yükü kitabla şahın hüzuruna gəldilər. Şah yenə: “Mənim bu qədər kitabı oxumağa vaxtım çatmaz. Yaxşısı budur, siz bunları da bir az azaldın”, — dedi.

Yenə aradan bir il, üç il, beş il… keçdi. Artıq şah qocalmışdı. Ancaq yenə də dünyanın tarixini öyrənmək istəyirdi. Yenə alimlərə xəbər göndərdi və dünyanın tarixini soruşdu. Bu dəfə alimlər bir at yükü kitabla şahın hüzuruna gəldilər. Şah kitablara baxdı və: “Yox, bunları da oxumağa vaxtım çatmaz. Yaxşısı budur, siz bunları da azaldın”, — dedi.

Yenə aradan bir il, üç il… keçdi. Şah ölüm yatağına düşdü. Bu vaxt alimlərdən biri qalın bir kitabla şahın hüzuruna gəldi. Ancaq şahın son nəfəsi idi. Odur ki: “Artıq bu kitabı da oxumağa vaxtım yoxdur. Heç olmasa, mənə dünyanın tarixini bir cümlə ilə de, arzum gözümdə qalmasın”, — dedi. Alim şahın qulağına əyildi və dedi:
“Dünyanın tarixi budur: doğuldular, yaşadılar və öldülər”

[cavab]

pol Yene_Sensiz 13 Avq 2013 / 12:51
Yazan eller var olsun.

[cavab]

pol Frank 13 Avq 2013 / 12:54
Yene_Sensiz, SAGOL OXUDUGUN UCUN

[cavab]

pol ARTUR 13 Avq 2013 / 13:14

[cavab]

pol taley11 13 Avq 2013 / 13:27
Yaxsi nagil idi artur sagol

[cavab]

pol taley11 13 Avq 2013 / 13:28
Yaxsi nagil idi artur sagol:lol

[cavab]

pol ARTUR 13 Avq 2013 / 13:33
taley11, hey bro mezelenirsen?davay onda kec inboxa heyativin nagilini yazim!

[cavab]

pol Frank 13 Avq 2013 / 13:35
taley11, kimsen sen?

[cavab]

pol ErRoR_KiNG 13 Avq 2013 / 13:40
Heyat 3gundur,(dunen,bu gun ve sabah.)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1716 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az