Oglan ve Qiz

pol aynur653 13 Avq 2013 / 04:22
Oğlan və Qız
Oğlan dedi: Mənim çox qızlardan xoşum gəlir, ona görə mən təkcə birini sevə bilmərəm.
Qız cavab olaraq, sadəcə gülümsündü.
Oğlan dedi: Mən azad olmağı xoşlayıram və heç kimə heçnə borclu deyiləm.
Qız gözlərini aşağı dikdi.
Oğlan dedi: Mən elə qadınları xoşlayıram ki, onlar məndən heçnə tələb etməsinlər və mənim azadlığıma hörmət etsinlər.
Qız sadəcə onu dinləyirdi və heç bir söz demirdi. Vaxt keçir
Oğlan dedi: Sən mənim xoşuma gəlirsən.Gəl boş vaxtımızı bir yerdə keçirək.
Qız onun gözlərinə baxırdı.Bu razılıq bildirirdi.
Oğlan soruşdu: Yəqin sənin çox sevdiyin insan olub?
Qız onu möhkəm qucaqladı.
Oğlan soruşdu: Sənə mənimlə yaxşıdır?
Qız gözlərini yumdu.
Səhər gedərkən oğlan qiza dedi: Gəl sadəcə olanları unudaq.
Qız əlini uzadıb oğlanın köynəyindəki tozu əli ilə təmizlədi və sanki onun dedikləri qız üçün əhəmiyyətsiz idi.
Oğlan dedi:Vaxtım olsa sənə zəng edərəm.
Qız başı ilə razılıq bildirib, qapını bağladı.
Həmin gün axşam oğlan zəng etdi.Amma qız evdə deyildi.
Oğlan yalnız axşam qızın mobil telefonuna zəng edə bildi.Qız icazə verdi ki, yanına gəlsin.
Oğlan soruşdu: Mənsiz yaxşı vaxt keçirirdin?
Qız gülümsündü və oğlana kofe təklif etdi.
Oğlan hər gün qıza zəng edirdi.Amma qız cavab vermirdi.O, sadəcə telefonu qaldırmırdı.
Oğlan tez-tez qızın evinə gəlirdi. Amma qız sadəcə qapını açmırdı.
Oğlan anladı ki, ona təkcə o qız lazımdır.Qız cavab verməyəndə oğlan pis olurdu.O, istəyirdi ki, həmişə onunla olsun.
Qız buna razı deyildi.
Bir gün oğlan böyük gül dəstəsi ilə qızın yanına gəldi.Qız gülləri alıb, oğlandan xahiş etdi ki,daha ona zəng etməsin.
Oğlan istəyirdi ki,qıza evlənmək təklifi etsin.
Qız dedi: Mən azad olmağı xoşlayıram.
Oğlan siqareti yandırdı.Onun əlləri əsirdi.Ona birdən çox soyuq oldu.
Qız dedi: Mən heçkimə heçnə borclu deyiləm.
Oğlana elə gəldi ki, bu dəqiqə onun ürəyi dayanacaq.
Qız son sözünü dedi: Mən heç nəyi həyatımda dəyişməyəcəyəm

P.S. Hec bir oglan arxasindan goz yasi axitmaga deymir. Unutmayin,qizlar.

[cavab]

pol *Romantic* 13 Avq 2013 / 04:24
aynur653, heç bir?sevməmisən yəgin ona görə belə diyirsen.

[cavab]

pol alenam 13 Avq 2013 / 04:25
Canim cox maraqlidi, ama teessufki bu movzu 10 deqiqe bundan evvel acilib forumda:(

[cavab]

pol aynur653 13 Avq 2013 / 04:26
*Romantic*,Yox prosdu hec bir oglana deymir goz yaslari qizlar aglayanda ureyim agriyir

[cavab]

pol aynur653 13 Avq 2013 / 04:26
alenam, dogurdan?

[cavab]

pol *Romantic* 13 Avq 2013 / 04:27
aynur653, üreyden sevsen ve sevdiyin getse sende ağliyarsan.

[cavab]

pol aynur653 13 Avq 2013 / 04:27
*Romantic*, duzdu aglayaram ama deymirde goz yaslarim heyifdi axi:(

[cavab]

pol alenam 13 Avq 2013 / 04:28
aynur653, he vallahi:( her defe de bu bed xeberi men verirem sene

[cavab]

pol *Romantic* 13 Avq 2013 / 04:28
aynur653, hə.ama qızlar ağlıyanda şirin olurlar da

[cavab]

pol Ayla 13 Avq 2013 / 04:30
aynur653, superdi ureem

[cavab]

[1] 2 3 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1512 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az