LAZIM_OLA_BILER

pol Kerimov 13 Avq 2013 / 03:06
Qızın xoşuna gəlmədiyini necə bilmək olar?
Oğlanlar qızla tanışlığa çox vaxt risk kimi baxır. Birdən"yox" deyər, birdən alınmaz?!
Qızla tanış olub, özünü təqdim edən oğlan hər şeyin geridə qaldığını güman edir. Əslində isə oğlanların görəcəkləri günlər hələ qabaqdadır. Çünki qızın marağını qazanıb, daim diqqətində saxlamaq hər oğlanın işi deyil. Və burdan da suallar başlayır: Görəsən, mən onun üçün maraqlıyam? Görəsən mənim üçün darıxır? Görəsən mənim yanımda ona xoşdu, ya yox?
Qızın sənin yanında olarkəndarıxıb-darıxmadığını təyin etmək üçün bəzi üsüllar var.
Sən qız üçün cansıxıcı və maraqsızsan, əgər o:
1.Sənin yanında olarkən telefonla oynayır. Bu,maraqlı həmsöhbət olmamağının göstəricisidir. Düzdür, ilk vaxtlarda qız baxışlarınız toqquşmasın deyə başını telefonla qatır. Amma bu, davamlı olarsa, deməli, nə isə qaydasında deyil.
2.Sizinlə telefonda az danışır. Adətən, qızlar çox danışan olurlar. Əgər qız səninlə danışmağa "salam-sağ ol"dan başqa söz tapmırsa, təcili sürətdə danışıq qabiliyyətini təkmilləşdirməlisən.
3.Qız "sən çox yaxşı dostsan" deyir. Bu cümləni eşitməkdənsə yer yarılsa yaxşıdır.
4.Qız sənin yanında beli əyilmiş vəziyyətdə oturur. Oğlanın xoşuna gəlmək istəyən qizlar hətta narahat olsa belə kürəklərini düz saxlayıb, sinələrini qabarıq göstərməyə çalışırlar.
5.O, əvvəlki sevgililəri barədə bir kəlmə də soruşmur. Bu laqeydlik sənə xoş gəlməsin. Əgər səni sevsəydi şəxsi həyatın da onun üçün maraqlı olardı.
6.Səninlə danışan zaman əllərini qoynunda birləşdirir. Psixoloqların fikirincə həmsöhbət maraqsız və üzücü olan insanlar əllərini birləşdirir, bununla da ondan aralanmaq istəyini bildirir.
7.O, sənə asanlıqla "yox" deyir. Çoxları fikirləşir ki, qadın "yox" deyirsə, deməli,ürəyində"hə" fikirləşir. Amma sən demə bu fərziyyə özünü nadir hallarda doğruldur. Adətən,razı olan qadın bir-iki"yox"dan sonra hə cavabını verir və əksər hallarda ciddideyilmiş "yox" ele etiraz mənasındadı. Bundan daha pis variant isə "heç vaxt" sözünü eşitməkdir.
8.Restoranda görüş təyin edərkən yeməyi tez bitirib evə getməyə tələsir. Halbuki, sevən xanımlar yeməyi ikinci plana keçirib oğlanın necə yeməyinə və şirin söhbətlərinə aludə olmağı xoşlayır. Əgər o bunu etmirsə, deməli günah səndədi.
9.Parkda və ya dəniz kənarında gəzərkən qol-boyun olub, sevişən cütlükləri görəndə onları qınayır. "Bu nə səviyyəsizlikdir, mən heç vaxt belə şeyə yol vermərəm" deyirsə, əmin ol bunu o, sənə eşitdirir. Yəni, yaxşı yadında saxla vəbu hərkətləri mənə qarşı etmə. Bəlkə də onun yanında ürəkdən sevdiyi biri olsaydı qız ya başqa fikirdə olardı yada ən azı susardı.
10.Hər dəfə onu ötürmək və ya görüşmək təklif edəndə həmin günə vacib işi çixdığını deyir ,min bir bəhanə uydurur.
11.Əgər qız kişilərdə hansı xüsüsiyyətləri bəyənmədiyini açıqlayırsa və bu əlamətlərin ən azı dörd-beşi-i səndə varsa,bu xoşluqla "bizimki tutmaz" deməkdir. Məsələn: O, deyirsə ki, yaşca böyük, boyca balaca, çoxuşaqlı ailənin övladını və ya saqqallı oğlanları xoşlamır və dediklərinin hamsı səndə varsa, deməli o, elə səni nəzərdə tutur.
12.Və nəhayət sənin telefonun saatlarla susursa,mesaj bölümündə ondan gələn adi bir "necəsən?" kəlməsi yoxdursa, o zaman özün-özünə bir sual ver:"Sən o qizdan nə istəyirsən?"

[cavab]

pol Emocum 13 Avq 2013 / 03:10
super

[cavab]

pol Kerimov 13 Avq 2013 / 03:11
Emocum, twk

[cavab]

pol Seriyye 13 Avq 2013 / 03:15
Elin golun var olsun bunlari hardan yazirsan?

[cavab]

pol harunn 13 Avq 2013 / 03:18
suppper

[cavab]

pol Kerimov 13 Avq 2013 / 03:29
Seriyye, Copy GooGle

[cavab]

pol Irmak 13 Avq 2013 / 03:31

[cavab]

pol Djaka 13 Avq 2013 / 03:36
duzdu

[cavab]

pol rus999 13 Avq 2013 / 03:36
supper

[cavab]

pol Seriyye 13 Avq 2013 / 03:45
Kerimov, ama super idi twk

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1359 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az