Her zaman layiq olmayan kesi sevirik?!
_ErRoR_HaCk_
12 Avq 2013 / 02:20
Ona inanan insanların sayı günü
gündən azalır. Bir çoxları onu
yaşamaqdan, yaşatmaqdan
çəkinir.
Daxilindəki hissi hər kəsdən,
ətrafındakı hər şeydən
gizləməyə çalışır. Ona olan inam,
hörmət, ümid
günü-gündən azalsa belə o hiss
hər kəsin daxilində vardır: Sevgi.
Lakin hər zamanmı layiq olan
şəxsi sevirik?
Onun layiq olduğu sevgi, qayğı,
diqqət və nəvazişi ona veririk?
Təəssüf ki yox. � Kaş� kəliməsini
bəlkə də dəfələrlə işlətmiş
oluruq. Hər gün daxilimizdəki
ümid hissi
azalır, hər gün gözlədiyimizdən
daha azını almış, hər an daha çox
təəssüflənmiş, peşmançılıq hissi
çəkmiş
oluruq. Nəhayət: � O mənə layiq
deyil� ifadəsini işlətmiş oluruq.
Özünü və qarşındakı insanı bu
ifadə nə
qədər incitsə belə, həqiqət olaraq
qalmaqdadır.
Hər şeyin başlanğıcı gözəldir
deyirlər: Sevgidə də olduğu kimi.
İlk başda bu sevgi səndə nə
qədər qürur və fərəh hissi
oyatsa belə, sənə nə qədər
sevinc bəxş etsə belə
sonda həmin hisslərdən əsər-
əlamət qalmır. Sadəcə onu
unutmağa çalışırsan. Səbəb: Sənə
və sənin
sevgivə layiq deyildir.
Sevirik, daha sonra bizə layiq
olmadığını görürük...
Layiq olmadığını bilə-bilə
özümüzü oda atırıq...
Buna baxmayaraq yenə
sevməkdə davam edirik...
Hər zamanmı layiq olmayan
şəxsə sevgimizi veririk?
[cavab]
Bölmeye qayıt