Son nefesime kimi menimle qal.
NeVRoTiC
12 Sen 2012 / 14:09
Uzun müddət düşünürdüm ki,mən
sənsiz qala bilərəmmi?Sonra yenə
düşündüm 2 gün, 3 gün sonra
öyrəşərəm sənsizliyə. Mən sənə
sadəcə bağlanmışam.Sevmirəm axı
səniii. Sənin yerini başqaları da əvəz edə bilər.Səninlə keçirdiyim vaxtı
ailəmlə,dostlarımla da keçirə
bilərəm.Sənin yerini başqaları da
əvəz edə bilər. Gəzərəm,əylənərəm
səni unudaram.Yeni-yeni
münasibətlər quraram.Necə deyərlər mən sənsiz də yaşaya bilərəm əsas
mənim var olmağımdır… Kənardan bu sözlər necə də asand
görünür. Bu cümlələri mən dilimlə
dedim.Bəs ürəyim???Ürəyimdəmi bu
sözləri deyir?Yox bu sözlərin heç
biri düz deyil əzizim.İndi anlayıram
sənsiz həyatın necə sıxıcı,qaranlıq,mənasız olduğunu.
Sənsiz həyat çox pisdir mənə.Sən
yanımda olmayan da sanki
ölmüşəm,sanki mən heç var
olmamışam.Sənsiz həyat çox
qəmgin keçir mənim günlərim sənsiz yalnız ağlamağla keçir sevdiyim
mənim. Sevdiyim mənim??? Az öncə
mən sənə sevdiyim dedim!!! Axır
ki,mən də qəbul etdim bu sevgiyi. Mən səni sevirəm deyə qışqırmaq
istəyirəm,amma bacarmıram…
çünki bilirəm bu sözü özüm
deyib,özüm eşidəcəm… mənim
səsimi bəlkə bütün dünya
eşidər,amma sən heç vaxt eşitməzsən,inanmazsan
mənə,sevməzsən məni… Amma
üzülmürəm buna görə,bunları
yazarkən də heç ağlamıram. Çünki
mənim sevgim ikimizə də bəs edər.
Mənim sevgim o qədər böyükdür ki,qəlbimə belə sığmır.Sevgimi
kağızlara yazsam sığmaz,sevgimi
bütün dünyaya bəyan etsəm yenə
sakitləşmərəm.Çünki mənim sevgim
yalnız səninlə həyat tapır. Mənim
qəlbim yalnız səninlə vurur. Mənim o kor gözlərim yalnız səni, yalnız
səni görür. Mənim o heç kəsin səsini
eşitməyən kar qulaqlarım yalnız
səni eşidir.Mənim o boş daş qəlbimi
yalnız sənə olan sevgim doldurur.
Bunları deməkdə məqsədim sevgimi sənə sübüt etmək deyil.Mənim
sevgimin heç sübüta ehtiyacı da
yoxdur. Bəlkə də indi inanamaya
bilərsən amma vaxt gələcək sən
mənim qəlbimin səsini duyacaqsan.
Sənin də qulaqların yalnız məni eşidəcək. Sənin də gözlərin kor olub
yalnız məni görəcək.Bax mən də
bunu istəyirəm yalnız gözlərin məni
görsün.Bilirəm bunları oxuyan kimi
mənə eqoist deyəcəksən.Hə mən
eqoistəm. Mən mənim olanı paylaşmaq istəmirəm. Səni də
paylaşmaq istəmirəm.Çünki sən də
mənə aidsən!!! Sənsiz qaldıqdan sonra mən
özümdəki yen xüsusiyyətləri kəşf
etmişəm.Mən heç vaxt qısqanc
olmamışam amma ilk dəfədir ki,bir
insanı hər şeyə hətta özümə belə
qısqanıram.Mən səni qısqanıram etiraf edirəm sevgilim özü də dəlilər
kimi qısqanıram səni.Yanımda
olanda belə qısqanıram
səni.İstəyirəm hər an,hər saniyə
mənim yanımda olasan.Səni heç
kəsə göstərməyim yalnız mən səni görüm.Yalnız mən sənə
toxunum.Bəzən fikirləşirəm də nə
yaxşı ki,sən mənim
həyatımdasan.Görəsən sən
olmasaydın mən necə olardım
axı.Bəzən sənə səni sevirəm belə deyə bilmirəm.Çünki bu sözlər artıq
bir çoxlarının dilində adi sözə
çevrilib.Mən sənə daha fərqli sözlər
demək istəyirəm.Elə sözlər ki,sən bu
sözləri eşidəndə mənə baxıb mən də
səni sevirəm deyil də,daha fərqli bir söz deyə biləsən.Mən də sənin
sözlərini qəlbimdə hiss edə
bilim.Çünki mən sevgimi heç vaxt
dil də deyil də,ürəkdə hiss etmək
istəyirəm.Mən saxta sevirəmlər
istəmirəm…
[cavab]
ilawka51
12 Sen 2012 / 14:13
soz ola bilmez hemişeki kimi eladi
[cavab]
NeVRoTiC
12 Sen 2012 / 14:14
ilawka51,cox saq ol.
[cavab]
ilawka51
12 Sen 2012 / 14:15
NeVRoTiC,deymez
[cavab]
prototype193
12 Sen 2012 / 14:17
super
[cavab]
красавцик
12 Sen 2012 / 14:22
Super super super....dogurdanda lezet eledi..
[cavab]
NeVRoTiC
12 Sen 2012 / 14:24
Hec bilmezdim bu qeder beyenersiz.
[cavab]
*_NevRoTiK_*
12 Sen 2012 / 15:02
Eladi..
[cavab]
qara*meley
12 Sen 2012 / 15:44
Pravitel,tesekkùr edìrem,onsuz da qüsse dolu qelbim bu sözlerden telatüme geldi. Düz 2aydi bele sözlere hesret qalmisam,sevgisiz yasamaq yasamaq deyil,esl cehennem ezabidir.
Allah hecbi zaman esl sevenleri ayirmasin,Amin!
[cavab]
NeVRoTiC
12 Sen 2012 / 16:27
Amin.
[cavab]
Bölmeye qayıt