Zenginlik, sevgi yoxsa muveffeqiyyet?

pol ilawka51 12 Sen 2012 / 13:25
Bir qadın evindən çıxdı,evinin qarŞısında ağ,uzun saqqalları olan 3 yaŞlı adam gördü.
Onlara : "Sizi tanımıram amma ac olmalısınız.
XaiŞ edirəm evimə buyurun və bir Şeylər yeyin. "dedi. "Əriniz evdəmi?" Deyə soruŞdular; "Xeyr", dedi.Qadın, "çöldə" "o zaman girə bilmərik", dedilər.
AxŞamüstü əri evə gəldiyində qadın olanları ona izah etdi.
Əri:"onlara evə gəldiyimi söylə və onları evə dəvət et", dedi;
Qadın çölə çıxdı və yaŞlı adamları dəvət etdi.
"Biz bir evə həmiŞə birlikdə girmərik" dedilər.
Qadın "niyə?" dedi.YaŞlı adamlardan biri cavab verdi.
Onun adı "zənginlikdir" dedi, yoldaŞlarından birini göstərərək.
Və bir baŞqasını göstərərək, "onun da adı "müvəffəqiyyət"dir,
və mən də "sevgiyəm" dedi vəəlavə etdi:"indi yoldaŞınla danıŞ
və hansımızı evinizə dəvət edəcəyinizə qərar verin" dedi.
Qadın evə girdi və olanları ərinə izah etdi.
Əri çox sevindi. "Bu möcüzədir" dedi.
"Zənginliyi dəvət edək,gəlsin evimizə və zənginliklə doldursun" dedi.
Qadın "Niyə müvəffəqiyyəti dəvət etmirik?" dedi.
O sırada onları dinləməkdə olan qızları: "Sevgini dəvət etsək daha yaxŞı olmazmı?", deyə soruŞdu. "O zaman evimiz sevgiylə dolar"
Adam: "Məncə qızımızın tövsiyəsinə uyğun gələk" dedi.
"Çölə çıx və sevgini dəvət et.Sevgi bizim qonağımız olsun" dedi. Qadın çölə çıxdı və sevgini seçdiklərini söylədi və sevgini evlərinə dəvət etdi.
Sevgi qalxdı və evə doğru getməyə baŞladı.
Digər iki yoldaŞı da qalxdı və onu izlədilər.
Qadın böyük bir həyəcanla : "Mən yalnız sevgini dəvət etdim,siz niyə gəlirsiniz?"
deyə soruŞdu. YaŞlı adam cavab verdi:
"Əgər siz zənginlik və ya müvəffəqiyyəti dəvət etmiŞ olsaydınız,digər ikimiz qalacaqdıq amma siz məni sevgini dəvət etdiyiniz üçün,
mən hara getsəm,"müvəffəqiyyət" və "zənginlik" də mənimlə gəlir. Harada "sevgi" varsa, "müvəffəqiyyət" və "zənginlik" də oradadır…)
Bəs siz kimi dəvət edərdiniz?

[cavab]

pol NeVRoTiC 12 Sen 2012 / 13:29
Ela idi.Yazdiqin ucun twkr.Men de sevgini devet ederdim.Her seyin temeli sevgiden ireli gelir

[cavab]

pol ilawka51 12 Sen 2012 / 13:31
NeVRoTiC,deymez xoşdu

[cavab]

pol _elo_ 12 Sen 2012 / 14:06
Men muveffeqiyyeti devet ederdim

[cavab]

pol aze 12 Sen 2012 / 14:06
ilawka51,super

[cavab]

pol ilawka51 12 Sen 2012 / 14:08
_elo_,sebebini deye bilersiz?

[cavab]

pol PoRtLiC 26 Apr 2015 / 18:29
bıyy bunun videosu var məndə

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1335 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az