Heyat yolda$i seçerken nelere diqqet etmeli?
_ErRoR_HaCk_
10 Avq 2013 / 07:43
Bəzən insan müəyyən yaş
həddinə çatsa da, öz yarını
tapmaqda çətinlik çəkir.
Əslində hər iki cinsin
həyatından müxtəlif
zamanlarda bir çoxları gəlib
keçib. Bəs görəsən, çoxmu
çətindir evlənmək üçün
sadiq, güvəniləcək bir həyat
yoldaşı tapmaq?!
Elm bu suala cavab verməkdə
aciz olsa da, ruhdan düşmək
lazım deyil. Əsas odur ki,
seçimlərimizdə yanılmayaq.
Biz onlarla kitab, jurnal və
qəzetdən oxumuşuq ki, yaxşı
həyat yoldaşı ağıllı,
ürəyiaçıq, namuslu və
məsuliyyətli olmalıdır. Sən
demə ailə həyatında bu
keyfiyyətlər əsas deyil.
Bəs uyğun həyat yoldaşını
necə seçməli?
Ailəsinə diqqət yetirin
İnsanın ideal ailə tablosu o
uşaq olarkən yaranır. Əgər
sizin namizədinizin ailəsində
bir-birinə hörmət, dost
münasibəti varsa, şansınız
var ki, birgə quracağınız ailə
də ideala yaxın olsun. Əgər
seçdiyiniz şəxsin valideynləri
əsl dostdurlarsa, o zaman
əmin olun ki, o özü də bu
münasibəti ailəsində
yaratmağa cəhd göstərəcək.
O qısqancdırmı?
Bəzən sevgilinizin qısqanclığı
sizə məmnunluq hissi verə
bilər. Qısqanır – deməli sevir
prinsipi əvvəlcə xoş gəlsə də,
sonralar nəzarətdən çıxır və
siz rəfiqələrinizlə görüşdən
məhrum olursunuz, həyat
yoldaşınız daima sizin
çantanızda və ya
telefonunuzda nəsə axtarır.
Bu isə nəticədə ciddi
problemlərə gətirib çıxara
bilər.
Həyat yoldaşı namizədinizlə
xarakteriniz uyğun gəlirmi?
Siz fəal, enerjidolu,
avtomobil yarışları həvəskarı
olan bir adamla münasibət
qura bilərsiniz. Hətta
başlanğıcda bu sizə zövq
verəcək. Lakin zaman
keçdikcə bu adama sərf
etməyə enerjiniz
çatmayacaq. Ailə həyatı o
zaman uzunmüddətli ola bilir
ki, tərəflərin hər ikisi eyni
sinifdən olsun. Bərabər
səviyyəli təhsil və oxşar
temperamentlər də mühüm
amillərdir.
Onu necə və harda seçməli?
Əslində həyat yoldaşı
tapmağın yollarından biri də
qohumlar və ya tanışlardır.
Siz özünüzə inamlı əllərdən
və həmçinin yaxşı ailədən
həyat yoldaşı tapa bilərsiniz.
Əgər o sizə uyğun olmasa
belə, onu hara qaytarmaq
lazım olduğunu bilirsiniz.
Onunla restoranda, hətta
idman zalında da qarşılaşa
bilərsiniz. Orada siz ağıllı və
özünüzə layiq, maraq
dairəsini əvvəldən bildiyiniz
kişini yaxud qadını seçə
bilərsiniz.
İnternet də günümüzün
tanışlıq imkanı verən əsas
amilləri sırasına daxildir.
Virtual dünya sizə yenicə
tanış olduğunuz adamı
uzunmüddət yoxlamaq şansı
verir. Düşüncələrinizi
bölüşün. Çəkinmək lazim
deyil.
Turistik gəzintilər zamanı baş
tutan tanışlıqlara çoxları
inanmasa da, bir qisim adam
öz həyat yoldaşını
səyahətlərdə və ya istirahət
etdikləri məkanlarda tapıblar.
Lakin bu zaman xüsusilə
qadınlar çox diqqətli
olmalıdırlar. Tanış olduğunuz
kişi sizi subay olduğuna
inandırmağa çalışsa da, onun
subay olub-olmadığını
araşdırmağa davam edin.
Fərqi yoxdur harada və necə
tanış olmusunuz, zaman ötüb
keçir və insana hər şeydən
dəyərli olan ailə qalır. Ona
görə də sevin-sevilin və
seçdiyiniz insanla ailə
qurmağı gecikdirməyin.
[cavab]
Bölmeye qayıt