Nigaran qalma
hitler
8 Avq 2013 / 15:41
Sən mənim bitməyən nağıllarımsan
Mənsə göylərdən düşən üç alma
Sən mənim deyilsən,amma,varımsan
Mən səni sevmirəm nigaran qalma.
Mən sənin yoluna düşən kölgəyəm,
Nə qədər yaxınam yenə özgəyəm
Mən axı kiməmki,küsəm,inciyəm
Bir quru sevdam var onuda alma
Mən səni sevmirəm nigaran qalma.
Deyirsən sevgidi,eşqdi qəhərdi
Deyirəm sevgisiz ömür hədərdi
Deyirsən bu eşqin sonu kədərdi
Onsuzda bilirəm yadıma salma,
Mən səni sevmirəm nigaran qalma.
Mən qara nöqtəyəm,sənisə nida
Ayrılıq verirmi ruhuma qida?
Döy mənim qapımı söylə əlvida
Bir daha qapımın zəngini çalma.
Mən səni sevmirəm nigaran qalma.
Sən özün xəyalsan xəyala dalma
Mən səni sevmirəm nigaran qalma,
Sən mənim bitməyən nağıllarımsan
Mənsə göylərdən düşən üç alma
Mən səni sevmirən nigaran qalma
Bir quru sevdam var onuda alma
Mən səni sevmırəm nigaran qalma...
[cavab]
*R*R*R*
8 Avq 2013 / 15:48
twk
di:)
red. *R*R*R* (08.08 /15:49)
[cavab]
Poseydon
8 Avq 2013 / 15:55
cox gozeldi
[cavab]
hitler
8 Avq 2013 / 16:16
Deymez)
[cavab]
Bölmeye qayıt
0.2351 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az