Dünyanıngeoloji möcüzələri

pol prototype 7 Avq 2013 / 23:16
Yer — kainatın ən nəhəng və
gözəl planetlərindən biridir.
Burada o qədər gözəl
valehedici yerlər var ki, sözlə
təsvir etmək mümkün deyil.
Onların bir çoxunun təbii
hadisələr nəticəsində, o
cümlədən vulkan püskürməsi,
yaxud meteoritin düşməsi ilə
formalaşması isə insanlarda
daha böyük maraq oyadır.
1. Böyük mavi dəlik –
Cənubi Amerikanın Beliza
əyalətinin sahillərində yerləşir.
Diametri 0,4 km olan bu ideal
dairəvi dəlikdə suyun dərinliyi
145 m təşkil edir. Ərazinin
tünd rəngə çalması bu coğrafi
obyektlə digər ərazilərin
arasında dərinlik fərqinin
olmasına görədir.
2. Saxaranın gözü –
Mavritaniyanın Saxara
səhrasında yerləşən bu ərazi
dünyanın ən gözəl geoloji
möcüzələrinən biri sayılır.
Səhranın ortasında göz
formasına bənzəyən bu yerin
diametri 50 km-dir. Qeyd
edək ki, kosmik gəmilərin
heyəti səmti
müəyyənləşdirmək üçün
Saxaranın Gözündən oriyentir
kimi istifadə edir. Əvvəllər
belə hesab olunurdu ki, bura
meteoritin düşməsi
nəticəsində indiki formanı alıb,
hazırda isə alimlər əvvəlki
fikirləri təkzib edərək torpağın
erroziyası ilə belə bir
gözəlliyin yarandığını
bildirirlər.
3. Cəhənnəm qapısı –
Türkmənistanda yerləşən bu
ərazi saysız qaz yanacağına
malikdir. Hesab olunur ki, 35 il
əvvəl qaz əldə etmək üçün
qazıntı işləri aparan geoloqlar
çox dərinə gedərək yeri
«dəliblər». Geoloqlar o qədər
həyəcan keçiriblər ki,
təchizatlarını belə götürmədən
çıxıblar. Ancaq əvvəlcə oradan
çıxan qazın insanları
zəhərləməsinin qarşısını almaq
üçün, təbii ehtiyatı yandırıblar.
O zamandan da burada atəş
daim yanır.
4. Erebusun buz qayaları –
ən soyuq kontinent olan
Antraktitada yerləşir. 20 metr
yüksəklikdə yerləşən
«qala»dan daim par çıxır. Par
havada donanda qalaların daxili
divarları hündürləşərək
genişlənir. Bu geoloji
yaradıcılığı daha çox Mars
planetindəki, o cümlədən
Saturn, Yupiter və Neptun
peyklərindəki görüntüləri
xatırladır.
5. Şeytan qayalıqları
(Karlu-Karlu) – Avstraliyalı
aborigenlər buranı belə
adlandırıblar. Bu qırmızı
qranitdən olan nəhəng
qayaların ölçüsü 50 sm-dən 60
metrə kimi dəyişə bilir.
Onlardan bəziləri bir-birini
balanslaşdıraraq daha qəribə
formada yerləşiblər. Alimlər
«Karlu-karlu»nun milyon il
əvvəl ərimiş maqmanın qum
daşı ilə birləşərək, soyuyandan
sonra qranit formasını almasını
hesab edirlər.
6. Qamış fleytası mağarası
– Çində yerləşir. Bu yeri
dünyaca məşhur edən isə
özünəməxsus quruluşu və
rəngli işıqlanmasıdır.
Mağaranın adı isə yaxınlıqda
musiqi fleytası hazırlamaq
üçün istifadə edilən qamışlığa
görə qoyulub. 240 metr
uzunluğunda olan bu geoloji
obyekt e.ə.792-ci ilə aid edilir.
7. Uyuni şoranlığı –
Boliviyada 10 min km sahəni
əhatə edən bu yer dünyada ən
böyük qurumuş duz gölü
sayılır. Yağış yağanda bu
şoranlıq nəhəng güzgünü
xatırladır.
8. Antilop kanyonu –
Arizona ştatında yerləşir.
Əsrlərlə yağış suları qayalıqları
döyəcələyərək maraqlı forma
almasına səbəb olub.
9. Şokolad təpələri – 50 km
ərazini əhatə edən bu yer
Filippinlərdə yerləşir. Əlbəttə,
burada şokolad yoxdur, sadəcə
quraqlıq dövründə bu təpələr
qəhvəyi rəng alır. Bu yer
Bohol əyalətinin bayrağında da
təsvir olunub.
10. Daş meşə –
Madaqaskarda yerləşən bu
ərazi YUNESKO-nun vərəsəsi
sayılır. 666 km ərazini əhatə
edən coğrafi obyektdə çox
nadir heyvanlar, o cümlədən
ağ lemur məskunlaşıb.

[cavab]

pol halloween 8 Avq 2013 / 01:06

[cavab]

pol prototype 8 Avq 2013 / 01:13
halloween, tessekkur

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.246 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az