Hami oxusun çooox maraqlidir
leyli
7 Avq 2013 / 03:18
Dünyaya gəlməyə hazırlaşan bir
uşaq Allahdan soruşur:
- Allahım, məni sabah o biri
dünyaya göndərəcəyini deyirlər.
Amma mən çox balaca və zəifəm
ki, orada necə yaşayacam?
+ Bütün mələklərin arasından
sənə gözəl birini seçdim. O səni
gözləyəcək və qoruyacaq səni.
Mələyin sənə hər gün mahnılar
oxuyacaq və gülümsəyəcək sənə.
Beləcə sən onun sevgisini hiss
edəcək və xoşbəxt olacaqsan.
- Yaxşııııı...Bəs insanlar mənə bir
şey deyəndə onların dillərini
bilmədən necə başa düşəcəm?
+ Mələyin sənə eşidə biləcəyin ən
gözəl və şirin özləri söyləyəcək,
sənə danışmağı diqqət və sevgiylə
öyrədəcək.
- Yaxşı, Allahım. Bəs mən səninlə
danışmaq istəsəm nə edəcəm?
+ Mələyin sənə əllərini açaraq dua
etməyi öyrədəcək.
- Dünyada pis insanların olduğunu
eşitmişəm. Bəs kim qoruyacaq
məni?
+ Mələyin səni öz həyatı bahasına
olsa da daima qoruyacaq.
- Amma mən səni bir daha
görməyəcəyim üçün çox
üzülürəm...
+ Mələyin sənə Məndən danışacaq
və yanıma yenidən gəlmənin
yollarını öyrədəcək.
.....
Bu anda Cənnətdə bir sükut olur
və dünyadakı səslər Cənnətə
qədər gedib çıxır. Uşaq getmək
zamanı olduğunu anlayır və son
sualını verir:
- Allahım, əgər indi gedirəmsə
xahiş edirəm, mənə mələyimin
adını de.
+ Mələyinin adının önəmi yoxdur
körpəm. Sən ona hər zaman ANA
deyəcəksən...
red. leyli (07.08 /03:19)
[cavab]
Melis
7 Avq 2013 / 03:21
Superrr
[cavab]
Larissa
7 Avq 2013 / 03:22
baciw cox gozeldi twk
[cavab]
leyli
7 Avq 2013 / 03:23
Melis, twk
[cavab]
leyli
7 Avq 2013 / 03:23
Larissa, çox sağol baciw
[cavab]
Susqun_Meley
7 Avq 2013 / 03:28
leyli, cox sagol elin qolun var olsun.bunu ilk defe youtubede dinlemisdim bunu.cox kovrelmiwdim.tekrardan oxumaq yenede xos idi.twk
[cavab]
Larissa
7 Avq 2013 / 03:29
leyli, :-Ddeymez baciw
[cavab]
leyli
7 Avq 2013 / 03:31
Susqun_Meley, twk senin de oxuyan gözlerin var olsun
[cavab]
Susqun_Meley
7 Avq 2013 / 03:32
:) sagol bitanesi.
[cavab]
Melis
7 Avq 2013 / 03:33
leyli, deymez
[cavab]
Bölmeye qayıt