Bax buna deyerem hekaye

pol NeVRoTiC 10 Sen 2012 / 20:03
Evləndiyi gündən atası onun yanında qaldığı üçün həyat yoldaşı
ilə tez-tez mübahisə edirdi. Təbii ki,
həyat yoldaşı qocanın onlarla bir
yerdə qalmasını istəmir, onun bu
evdə artıq olduğunu düşünürdü. Bu
mübahisələr bəzən xoşagəlməz həddə də çatırdı. Yenə növbəti
mübahisələrdən biri idi. Uzun çək-
çevirdən sonra həyat yoldaşı: \"Ya
mən evdən gedəcəyəm, ya da atan
bu evdə qalmayacaq”, -dedi. O,
ailəsini belə asanlıqla itirmək istəmirdi. Çünki atası ilə bağlı baş
verən bu mübahisələri nəzərə
almasaq, ailəsindən çox razı idi.
Həyat yoldaşı ilə evlənmək də ona
asan başa gəlməmişdi. Ata-anasını
razı salmaq üçün az qala dəridən- qabıqdan çıxmışdı. Üstəlik, onu
dəlicəsinə sevirdi... Çarəsizlik
içərisində nə edəcəyini düşündü və
\"çıxış yolunu” tapdı. Dağların
qoynunda illər əvvəl ova gedərkən
daldalanmaq üçün tikdiyi balaca bir daxma var idi. Atasını bu daxmaya
aparacaqdı. Həftədə bir dəfə yanına
gedəcək, beləcə, ailəsini
dağılmaqdan xilas edəcəkdi. Atası
üçün lazım olan bütün əşyaları
hazırladıqdan sonra yataq xəstəsi olan atasını qucağına götürüb
maşına apardı. Balaca oğlu: \"Ata
mən də səninlə getmək istəyirəm”, -
deyəndə çarəsiz qalıb onu da
maşına mindirdi. Bir yerdə yola
düzəldilər. Qışın lap ortası idi. Dəhşətli soyuq var idi. Qar və
çovğundan yolu seçmək çox çətin
idi. Balaca oğlu tez-tez atasından
\"Ata, biz hara gedirik?” deyə
soruşsa da, hec cür cavab ala
bilmirdi. Artıq oğlunun onu hara apardığını anlayan yaşlı ata isə gizli-
gizli göz yaşı tökür, ancaq bunu
bildirməməyə çalışırdı. Uzun və çətin
yoldan sonra dağ evinə çatdılar. O,
nə vaxt idi ki, burada olmamışdı.
Balaca daxma artıq çürüməyə başlamışdı. Üstəlik, tavandan da su
axırdı. Daxmanın bir küncünü
təmizlədi. Sonra atası üçün gətirdiyi
yorğan-döşəyi sərdi. Gətirdiyi
əşyaları yerbəyer etdikdən sonra,
nəhayət, növbə atasına çatdı. Atasını qucağına götürüb yatağa uzatdı.
Külək elə bil daxmanın içində əsirdi.
Sanki çovğun bayırda yox,
daxmada qopmuşdu. Çarəsizlik
içərisində atasına baxdı. Atası elə
indidən üşüyürdü. Ürəyində: \"Bir- iki yorğan-döşək götürüb sabah
yenə gələrəm”, -dedi. Öz-özünə
təskinlik verməyə çalışsa da, bir
xeyri olmurdu. Atasının ürəyinə isə
sanki xəncər saplanmışdı. O, oğlunu
böyüdüb boya-başa çatdırmaq üçün necə əziyyətlərə qatlaşmışdı.
Indi isə oğlu onu daxmanın bir
küncündə qoyub getmək istəyirdi.
Ürəyi ağrısa da, büruzə vermək
istəmirdi. Balaca nəvəsi isə nə baş
verdiyini heç cürə başa düşə bilmirdi. Əlbəttə ki, babasından
ayrılmaq onun üçün asan deyildi.
Ancaq əlindən bir şey də gəlmirdi.
Artıq getmək vaxtı çatmışdı.
Atasının yatağına əyilib onun
yanaqlarından öpdü. Sanki gözləri ilə \"ata, məni bağışla” deyirdi. Bir
də atasını bağrına basdı. Artıq ikisi
də hönkür-hönkür ağlayırdı. O,
balaca oğlunun əlindən tutub
sürətlə daxmadan çıxdı. Maşına
mindilər. Təzəcə yola çıxmışdılar ki: \"Ata, babamı niyə o soyuq
daxmada qoyub gəldin”, -deyə
ağlamağa başladı. Ürəyindən qara
qanlar axsa da, cavab verməyə söz
tapa bilmirdi. Birdən oğlu
gözlənilmədən: \"Ata sən qocalanda mən də səni gətirib bu daxmaya
qoyacağam”, -dedi. Sanki onu
ildırım vurdu. Söz oğlunun ağzından
qurtarmamış sükanı sürətlə çevirdi.
Daxmaya çatar-çatmaz özünü
atasının qoynuna atdı. \"Ata, məni bağışla”, -deyib, uşaq kimi hıçqıra-
hıçqıra ağlamağa başladı. Oğlum,
qayıdacağını bilirdim. Çünki mən
atamı dağ başında atıb
getməmişdim ki, sən də məni
burada atıb gedəsən”...

[cavab]

pol Golf 10 Sen 2012 / 20:13
Cox pis oldum..yaxwiki atasini itirmeden..cox gec olmadan etdiyi sehvi bawa duwdu..ne qederki sagdilar.. Qedrini bilin ATANIZIN...

[cavab]

pol Dilek 10 Sen 2012 / 20:15
Men atami her seyden cox isteyirem. Yaxsi ki o yanimdadir.
red. Dilek (10.09 /20:15)

[cavab]

pol красавцик 10 Sen 2012 / 20:44
Senle aram cox yaxwi olmasada,senin bu yazdigin hekaye menim cox xowuma geldi...

[cavab]

pol NeVRoTiC 10 Sen 2012 / 20:50
красавцик,hmm cox saq ol

[cavab]

pol sema@ 22 Apr 2014 / 02:11
Cox super hekayedi mende atami cox istiyirem heyif artiq bizimle qalmir((

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.142 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az