Eline baxim, kim oldugunu deyim_
_ErRoR_HaCk_
6 Avq 2013 / 19:29
Əllər bizim haqqımızda bir
çox məlumatı özündə
saxlayır. Arzularımız, bizi
hərəkətə gətirən
impulslar, insanlarla olan
əlaqələrimiz, müəyyən
vəziyyətlərdə ortaya
çıxan davranışlarımız və
fərqli hadisələrə
verdiyimiz reaksiyalar
əllərimizdə öz əksini
tapır. İnsanları tanımaq
üçün əllərinə baxmaq
kifayətdir.
Psixoloq Nigar Əliyevanın
sözlərinə görə, əllər
torpaq, hava, su və od
olaraq 4 tipə bölünür.
"Dürüstlük və sağlam
fikirləriylə tanınan
torpaq əlinə sahib olan
adamlar ciddi insan hesab
edilirlər. Çox romantik
deyillər. Hiss və
duyğularını sözlə ifadə
edə bilməsələr də
sədaqətli insandırlar. Siz
bu insanlara gözləri bağlı
güvənə bilərsiniz".
Ağıllı və zarafatcıl olan
hava əlinə sahib olan
insanların ətrafı hər
zaman dolu olsa da, yaxın
dost seçdikdə çox
diqqətli olurlar. Bu
insanlar romantik olsalar
da, bəzən soyuq və
qaradinməz də görünə
bilirlər. Hava əli olan
insanlar sədaqətsizdirlər.
Psixoloq bildirir ki, od
əlinə sahib olan insanlar
həyatı boyu əzab və
sevinc arasında qalır. İsti
və mehriban olsalar da,
hər zaman dəstəyə
ehtiyacları olur. Asanca
aşiq olur və eləcə də tez
bezirlər. Amma bəzən
"dəli" kimi sevməyi də
bacarırlar.
Su əlinə sahib olan
insanlar şəfqətli, həssas
və romantik olsalar da,
idealist insan olurlar. Bu
insanlar asanca təsir
altına düşür və kövrək
olduqları üçün kobud
insanlar tərəfindən
istismar edilirlər.
İnsanlarla münasibətimiz,
seksual enerjimiz və
sevmə qabiliyyətimiz
əllərimizin görünüşü ilə
özünü büruzə verir.
N.Əliyevanın dediyinə
görə, yumşaq və zəif əllər
eqoizm və öz istəklərinə
düşkünlüyü göstərir. Əl
nə qədər sərt və
möhkəmdirsə, insanın
təbiəti də o qədər iradəli
və sərtdir.
İncə əli olan insanlar
ehtiraslı və intellektual
enerjiyə malikdirlər.
Soyuqqanlı görünür və
heç nəyə səy göstərməz,
utancaq olurlar.
Ovucunun alt qismi kiçik
olan insanlar ətrafdakı
insanlarla asan
münasibət qurmurlar:
"Dolu və elastik əl enerji
və qüvvət göstəricisidir.
Belə əlləri olan insanlar
romantik, isti və ehtiraslı
olurlar. Fiziki görkəmə
üstünlük verən bu
insanların cinsi instinkləri
çox güclüdür. Venera
təpəsi cinsi instinktin
mərkəzidir".
Kiçik barmaq (çeçələ)
ünsiyyət və fərdi ifadəni
təmsil edir. Kiçik
barmağın forması seksual
impulslar haqqında
məlumat verir. Uzun, incə
və xüsusilə iti uclu kiçik
barmaq sevgilinin eqoist
olduğunu göstərir. Çox
qısa kiçik barmaq isə
seksual istəklərin güclü
olduğunu xəbər verir.
Psixoloq hesab edir ki,
əldə olan xətlərin də
xüsusi mənası var. Belə
ki, əldə olan xətlər
əlaqələrimiz,
xasiyyətimiz haqqında
məlumat verə bilir:
"Əvvəllər kiçik barmağın
altında olan xətti evlilik
xətti adlandırırdılar.
Amma zaman keçdikcə,
buna şübhə yarandı.
Əllərinizə baxın. Əlinizi
ortadan kəsən xətt həyat
xətti adlanır. Həyat
xəttinə parelel olan xətt
insanın ruh əkizini
göstərir. Həyat xəttinin
içində olan kiçik xətlər
digər əlaqələri göstərir.
Yaşa görə bu xətlər bir
əlaqənin başlanğıcına və
bir uşağın doğumuna
işarə edir".
[cavab]
Ayla
6 Avq 2013 / 19:34
Tekrar
[cavab]
hitler
6 Avq 2013 / 19:35
Ayagima baxsan admi deye bilersen? )
[cavab]
_ErRoR_HaCk_
6 Avq 2013 / 19:37
Ayla, Linki at bura sildirim
[cavab]
_ErRoR_HaCk_
6 Avq 2013 / 19:39
hitler, Bunu men dimirem psixoloq dir
[cavab]
Ayla
6 Avq 2013 / 19:39
Axtarib tapmag lazim onu arxivdedi moderler siler
[cavab]
_ErRoR_HaCk_
6 Avq 2013 / 19:40
Ayla, Onda daniwma tekrardi
[cavab]
Ayla
6 Avq 2013 / 19:42
Artig gecdi uje daniwdimda
[cavab]
_ErRoR_HaCk_
6 Avq 2013 / 19:45
Ayla, Sesin gelmedi axi bura
[cavab]
Susqun_Meley
6 Avq 2013 / 19:45
:) :)
[cavab]
Bölmeye qayıt