::::hedisler::::
ErRoR_MeMo
6 Avq 2013 / 02:11
İmam Zenül-Abidin (ə)
buyurur:
“Cəhənnəm odundan qorxan
şəxs günahlarından tövbə
edər.”
İmam Zenül-Abidin (ə)
buyurur:
“Allahın ən xoşu gələn şey
budur ki, insan Onu tanıdıqdan
sonra qarnını və cinsiyyət
üzvlərini haramlardan
qorusun.”
İmam Zenül-Abidin (ə)
buyurur:
“Əgər bir şəxs səni söydükdən
sonra üzr istəyərsə, onu
bağışla.”
İmam Zenül-Abidin (ə)
buyurur:
“Yaradılış məqsədiniz barədə
düşünün və ona əməl edin.
Çünki Allah sizi əbəs yerə
yaratmamışdır.”
* * *
İmam Rza (ə) buyurur:
“Qohumluq əlaqəsini bir içim
su ilə də olsa, möhkəmləndir.
İmam Rza (ə) buyurur:
“Sükut hikmət qapılarından
olan bir qapıdır.”
İmam Rza (ə) buyurur:
“İbadət çoxlu oruc və namaz
yox, yaradılış haqqında
(Allahın yaratdıqlarında)
düşünməkdir.”
* * *
Əliyyən Nəqi (ə) buyurur:
“Allah-təala, Onu
qəzəbləndirəni xalqın
qəzəbinə düçar edər.”
İmam Əliyyən Nəqi (ə)
buyurur:
“Bəla səbirli şəxs üçün bir,
səbirsiz şəxs üçün isə ikidir.”
İmam Əliyyən Nəqi (ə)
buyurur:
“Dünya bir bazardır. Bu
bazarda kimi qazanır, kimi isə
zərərə düşür.”
İmam Əliyyən Nəqi (ə)
buyurur:
“Öz dəyərini anlamayan
adamın şərindən qorun.”
İmam Əliyyən Nəqi (ə)
buyurur:
“Özünü bəyənmək insanı elm
öyrənməkdən saxlayar.”
[cavab]
Ayla
6 Avq 2013 / 02:26
twk
[cavab]
[a]v[a]r[a]3
6 Avq 2013 / 02:27
təşəkkür
[cavab]
Believe01
6 Avq 2013 / 02:52
suppa
[cavab]
Bölmeye qayıt
0.1703 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az