::::dini tovsiyeler::::

pol ErRoR_MeMo 6 Avq 2013 / 01:57
İmam Əli (ə) buyurur: “Ruzinin
çox və ya az olması ruzi
verəndən başqasının əlində
deyildir”.
İmam Əli (ə) buyurur: “Ruzini
axtarın. Çünki ruzi onu
axtaran üçün zəmanət
edilmişdir”.
İmam Sadiq (ə) buyurur:
“Halal ruzi istəməkdən əl
çəkmə. Çünki, halal ruzi
istəmək sənə dinində kömək
edəcəkdir”.
Həzrət Peyğəmbər (s)
buyurur: “Ölüm insanı
axtardığı kimi, ruzi da insanı
axtarar”.
İmam Sadiq (ə) buyurur:
“Allah Təala möminin
ruzisunu elə yerdən yetirər ki,
heç onun haqqında
fikirləşməyib belə. Möminin
ruzisinin haradan gələcəyinin
bilməməsinin səbəbi odur ki,
çoxlu dua edər”.
Həzrət Peyğəmbər (s)
buyurur: “O kəsə ki, Allah
nemət verər, gərək o, Allaha
həmd deyib, Ona təşəkkür
etsin. O kəsin ki, ruzisi təxirə
düşər, Allahdan bağışlanma
istəsin”.
İmam Sadiq (ə) buyurur: “Hər
kim Allahın verdiyi az nemətə
razı olarsa, Allah da onun az
əməlinə razı olar”.
İmam Sadiq (ə) buyurur: “Hər
kəs ki, ailəsi ilə yaxşı rəftar
edər, ruzisi artar”.
İmam Sadiq (ə) buyurur:
“Xoşbəxtlik ruzini artırar”.
İmam Əli (ə) buyurur: “Din
qardaşına maliyyə yardımı
göstərmək ruzini artırar”.
İmam Əli (ə) buyurur:
“Əmanətdarlıq ruzini artırar”.
İmam Baqir (ə) buyurur:
“Qardaşlarının arxasında dua
et ki, bu iş ruzini sənin
tərəfinə endirər”.
İmam Əli (ə) buyurur: “Sədəqə
vermək, ruzini artırar”.
İmam Baqir (ə) buyurur:
“Zəkat vermək ruzini artırar”.
İmam Əli (ə) buyurur: “Hər
kəsin ki, niyyəti xoş olarsa,
ruzisi da çox olar”.
İmam Baqir (ə) buyurur:
“Bəndə günah işlədər və buna
görə də ruzi ondan alınar”.
Həzrət Peyğəmbər (s)
buyurur: “İbadətin on bölməsi
vardır ki, onun doqquzu ruzi
istəməkdir”.
İmam Rza (ə) buyurur: “O kəs
ki, ailəsinin xərcini təmin
etmək üçün Allahdan ruzi
istəyərsə, savabı Allah
yolunda cihad edəndən
çoxdur”.
Həzrət Peyğəmbər (s)
buyurur: “O kəs ki, halal
qazanc üçün özünü zəhmətə
salarsa, bağışlanmışdır”.
Həzrət Peyğəmbər (s)
buyurur: “Halal ruzi əldə
etmək üçün işləmək -
cihaddır”.
Həzrət Peyğəmbər (s)
buyurur: “Hər kəs əlinin halal
zəhmətini yeyərsə, behiştin
qapıları üzünə açılar. Hansı
qapını istəsə”.
Həzrət Peyğəmbər (s)
buyurur: “Məlun, məlun o
kəsdir ki, ailəsinin xərcini
ödəyə bilmir”.
Həzrət Peyğəmbər (s)
buyurur: “Ən yaxşı ruzi odur
ki, kifayət qədər olsun”.
Həzrət Peyğəmbər (s)
buyurur: “Az və kifayət qədər
ruzi, çox və (Allahı yada
salmaqdan) saxlayan ruzidən
yaxşıdır”.

[cavab]

pol gta5 6 Avq 2013 / 02:01
eeeeeeeeeeeeeeeeeee

[cavab]

pol Ayla 6 Avq 2013 / 02:01
Yenede super twk

[cavab]

pol ErRoR_MeMo 6 Avq 2013 / 02:02
gta5, ??

[cavab]

pol ErRoR_MeMo 6 Avq 2013 / 02:02
Ayla, twk

[cavab]

pol tutu 6 Avq 2013 / 02:11
twk....

[cavab]

pol [a]v[a]r[a]3 6 Avq 2013 / 02:26
mövzuya görə təşəkkürlər.

[cavab]

pol aze 6 Avq 2013 / 18:54
super:)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1483 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az