Mənə biraz ondan danış...

pol aynur653 5 Avq 2013 / 05:35
Mənə biraz ondan danış...
Mənə biraz ondan danış,
Az da olsa yaşat məni,
Çox dolmuşam için-için,
Biraz aglat, boşalt məni
Yaman sıxır həyat məni

Mənə biraz ondan danış
Duruşundan, yerişindən
Şirin şirin gülüşündən
Gəlişindən, gedişindən
Bacardıqca hər işindən
Nə bilirsən axır çalış

Mənə biraz ondan danış
Başın necə qatmağından
İstəyinə çatmağından
Hər gün biraz öldüyüm de
Gecə rahat yatmağından
Məni necə atmağından

Mənə biraz ondan danış
Söylə neynir can yoldaşım?
Qısqanclığdan coşum daşım,
Qoy lap quru söznənsə də
Özümü itirim,çaşım
Ona yenə yaxınlaşım

Mənə biraz ondan danış
Danış təbim dilə gəlsin
Hər bir sözün bağrım dəlsin
Qoy içkisiz,qoy içmədən
Ruhum biraz məzələnsin
Xatirələr təzələnsin

Mənə biraz ondan danış
Qaytar mənə getir məni
Al onsuz bir gələcəkdən
keçmişimdə itir məni
Danışdığca bitir məni!

Mənə biraz ondan danış
Hicran pozub düzənimi
Sarıb şeir,qəzəlimi
De ki,təsəllim öpməkdir
Ondan yazan öz əlimi
Görərsənsə gözelimi
Ona bir az menden danış!

[cavab]

pol Ayla 5 Avq 2013 / 05:36

[cavab]

pol Susqun_Meley 5 Avq 2013 / 05:36
Ela cox gozel,ellerine sagliq.

[cavab]

pol (=Ilham=) 5 Avq 2013 / 05:36
bu seirin hele mahnisida var mende

[cavab]

pol *_AgLaMa_* 5 Avq 2013 / 05:39
http://tarla.az/auksion/rating.php

[cavab]

pol (=Ilham=) 5 Avq 2013 / 05:40
Mene bir az ondan danis

[cavab]

pol aynur653 5 Avq 2013 / 05:44
(=Ilham=), olurem bu ser ucun

[cavab]

pol (=Ilham=) 5 Avq 2013 / 05:54
aynur653, he qeseng seirdir

[cavab]

pol Seva_ViP 5 Avq 2013 / 12:26
super

[cavab]

pol WIRIN*QIZ 5 Avq 2013 / 15:27
bu seirden cox xosum gelir

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1416 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az