Bir salama deymedi?

pol aynur653 5 Avq 2013 / 05:17
Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı deyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım; ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!...
Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən gülüm,
Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan?
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin kesmədi?...
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır!

[cavab]

pol Irmak 5 Avq 2013 / 05:18
aynur653, twk chox gozeldi

[cavab]

pol Ayla 5 Avq 2013 / 05:19
aynur653,

[cavab]

pol aynur653 5 Avq 2013 / 05:21
Ayla, cannn aglama

[cavab]

pol Golf 5 Avq 2013 / 05:22
Qesengdi.

[cavab]

pol aynur653 5 Avq 2013 / 05:22
Golf, sagol abi:)

[cavab]

pol (=Ilham=) 5 Avq 2013 / 05:25
super seirdirrrrrrr

[cavab]

pol Golf 5 Avq 2013 / 05:25
aynur653, abi sensenmen sene yazmadim movzuya yazdim

[cavab]

pol Ayla 5 Avq 2013 / 05:26
aynur653, deyanamadim

[cavab]

pol aynur653 5 Avq 2013 / 05:27
Golf, olsun abla

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.2108 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az