Saxla yadigar

pol NARDARANLI 4 Avq 2013 / 14:28
Qəlbimi verirəm mən bu gün sənə,
Gizli saxla onu vermə heç kimə.
Bəlkə də görürəm səni son dəfə,
Bu qəmli sonluğu saxla yadigar.
O gözəl günləri heç vaxt unutma,
Böyük kədər edib, yanma, alışma.
Bizim sevgimizi yada danışma,
Bizim aramızda saxla yadigar.
Ağlayıb dalımca, göz yaşı tökmə,
Çalış ki, həyatdan heç zaman
küsmə.
Narahat olma sən, ürəyni üzmə,
Ürəyin qəlbimdə qalır yadigar.
Biz gizli yaşadıq bu məhəbbəti,
Məhəbbət gözəldir, yoxdur
qiyməti.
Sevsən də nə vaxtsa özgə
bəndəni,
Bu gözəl günləri saxla yadigar.
Yenə də üfüqdən bir günəş doğar,
Qəlbimiz, sevgimiz bir yerdə olar.
Əllərim səninçün şerlər yazar,
Hələlik bu şeri saxla yadigar

[cavab]

pol @inna@ 4 Avq 2013 / 14:30
ƏLA SEİRDÜ

[cavab]

pol @Sevmeni@ 4 Avq 2013 / 14:56
Eladi.ozun yazmisan

[cavab]

pol WIRIN*QIZ 4 Avq 2013 / 19:10
Eladi

[cavab]

pol ismet 4 Avq 2013 / 19:54
YAXSIDI

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1514 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az