Qedr gecesi......
(=Ilham=)
4 Avq 2013 / 06:10
Qurani-Kərim məhz Ramazan gecələrinin
birində lövhi-məfhuzdan tam şəkildə nazil
edilib. Buna Qurani-Kərimdə 2 ayə dəlildir.
İnsanlara doğru yolu göstərən, bu yolu açıq
dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən)
ayıran (Quran) Ramazan ayında nazil
edilmişdir.[1]
Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi
nazil (tam şəkildə) etdik.[2]
1-ciyə görə Quran Ramazan ayında nazil
edilmişdir, 2-ciyə görə isə Qədr gecəsində.
Deməli, Qədr gecəsi Ramazan ayındadır.
Quranın nazil olunduğu gecə "Qədr gecəsi"
adlanır. Bəziləri Qədr gecəsi ilə Quranın ilk
ayələrinin[3] nazil olduğu gecəni
qarışdırırlar. Xatırladaq ki, həmin gecə rəcəb
ayının 27-ci gecəsidir.
Qədir gecəsinin konkret hansı gecə olduğu
bilinmir. Amma Peyğəmbər(s) və
imamlardan gələn rəvayətlərə görə Qədr
gecəsi Ramazan ayının 19, 21 və 23-cü
gecələrindən biridir. Bu gecələr dilimizə
"Əhya gecələri" kimi daxil olmuşdur.
Əhli-sünnə mənbələrində Qədr gecəsinin
sonuncu 10 gecənin içərisində, xüsusən də
27-ci gecənin olduğu güman edilir. Bu
barədə hədislər varid olmuşdur.
Şiə mənbələrində Qədr gecəsinin ən çox
ehtimal olunduğu gecə ramazan ayının 23-
cü gecəsidir. Belə ki, bu barədə aşağıdakı
məzmunda hədis varid olmuşdur.
Bir gün bir yaşlı kişi Peyğəmbərə (s) deyir ki,
mən yaşlı adamam və bura uzaq yoldan
gəlirəm və hər gecə gəlməyim mənə çox
əziyyət edir. Qədr gecəsinin hansı gecə
olduğunu söyləsən, həmin gecə bura
gələrəm. Peyğəmbər (s) onun qulağına nəsə
söyləyir. Rəvayət edənlər söyləyir ki, ondan
sonra həmin kişi hər Ramazan ayının 23-cü
gecəsi görünürdü.
Qədr gecəsinin fəziləti
Qədr gecəsinin fəzilətli olması üçün onun
barəsində Qədr surəsinin nazil olması
kifayət edər.
"(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan
bilirsən) ki, Qədr gecəsi nədir?!
Qədr gecəsi (savab cəhətdən) min aydan
daha xeyirlidir! O gecə mələklər və ruh
(Cəbrayıl) Rəbbinin izni ilə (həmin gündən
gələn ilin Qədr gecəsinədək dünyada baş
verəcək) hər bir işdən dolayı (Allah
dərgahından əmrlər alaraq) yerə enərlər.
O gecə dan yeri sökülənə kimi (büsbütün)
salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr
gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə
xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər
yer üzündə gəzib Allahın müxlis bəndələrinə
salam verərlər. Buna görə də Qədr gecəsi
səhərə qədər oyaq qalıb ibadət etmək
lazımdır!)[4]
Qüsl etmək. (Ən fəzilətli vaxtı gün batan
vaxtdır.)
İşa namazından sonra iki rəkət namaz
qılmaq. Namazların hər rəkətində Həmd
surəsindən sonra 7 dəfə İxlas surəsini
oxumaq.
Namazdan sonra 70 dəfə "Əstəğfirullahə və
ətubu ileyh" demək.
Bu gecə tövbə edib, bağışlanmaq diləmək,
Quran oxumaq, dua etmək bəyənilən
işlərdəndir. Boynunda qəza namazları
olanlar daha yaxşı olar ki, qəza namazı da
qılsınlar.
Dualardan "Coşən Kəbir" duasını oxumaq
daha çox təkid olunub. Belə ki, bu duada
Allahın 1001 adı çəkilir və ehtimal olunur ki,
Əsmaül-hüsna (Allahın ən gözəl adları) bu
adların içərisindədir. Bu duadan sonra
hacətlərini Allahdan istəsən onların icabət
olunması ehtimalı böyükdür.t
[cavab]
_BORA_
4 Avq 2013 / 06:14
Salam
[cavab]
(=Ilham=)
4 Avq 2013 / 06:16
_BORA_, eleykume salam
[cavab]
Eli_7
4 Avq 2013 / 06:54
(=Ilham=), égér ôzûn yâzmîsânsâ hâlal ôlsûn séné
[cavab]
Sevka
4 Avq 2013 / 08:03
100 ruket namaz qilmaq ve qeder gecesinin qusulnu etmek de savab olunur
[cavab]
(=AyaN=)
4 Avq 2013 / 09:48
(=Ilham=), cox maragli melumatlar idi Allah senden razi olsun qaqam.bilmiyenler de bildi inwAllah emel eliyerler
[cavab]
*Duyqu*
4 Avq 2013 / 10:22
(=Ilham=), Allah razi olsun gozel movzudu
[cavab]
@Sevmeni@
4 Avq 2013 / 11:38
(=Ilham=), qaqa movzu ucun sag ol.sen bize Qurani oxumuw kimi etdin
[cavab]
Bölmeye qayıt
0.1279 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az