=={gecikdiyine inanarsan}==
Melis
3 Avq 2013 / 20:27
Gecikdiyinə yanarsan...
O dəqiqqələrcə gözlədiyin avtobusu beş saniyəlik bir dalğınlıqla qaçırtdığın vaxt...
Əlindən itirdiyinə yanarsan...
Doqquz aydır daşıdığın uşağı, əlinə almağı gözlədiyində, bağışlayın uşağınızı itirdik səsinə...
Sevgini göstərmədiyinə yanarsan...
Sevdiklərini əbədi aləmə yola saldığln vaxt, ruhuna fatihə dediklərində...
Bir qəpiyin dəyərini bilmədiyinə yanarsan...
O bir qəpiyə möhtac olduğun vaxtlarda...
Qarşılıqsız sevmədiyinə yanarsan...
Yaradılanı yaradandan ötəri sevmədiyin zaman...
Uşaqlıq çağının çox gerilərdə qaldığına yanarsan...
İçindəki uşağın səsi qulaqlarından getmədiyi zaman...
Ürək qırdığına yanarsan...
Təmir edəcək ustasını tapa bilmədiyin zaman...
Dedim axı;
Gecikdiyinə yanarsan...
Məni anladığın zaman...!
[cavab]
Begum
3 Avq 2013 / 20:31
Supper
[cavab]
ismet
3 Avq 2013 / 20:54
TEKRAR DA OLSA TEWEKKUR. ELADI
[cavab]
Bölmeye qayıt