Axira kimi oxuyun!
NARDARANLI
2 Avq 2013 / 01:56
Kim Əli ismi ilə hansı işə
qoysa qədəm
Göstərər mütləq həmən
şəxsə ulu tanrı kərəm
Kim o mövalaya ki sidq ilə
təvəssül qılsa
Yetəcək məqsədi mənzulə
olar xatiri cəm
Kim Əlinin tuta bilmişsə
fəzilət yolunu
... Ruzi məhşərdə yetişməz
ona bir zərrədə qəm
Ona kim aşiqisə mən o kəsin
aşiqiyəm
Mənə yetsin onun aşiqnə
yetən dərdi ələm
Dil açıb söylərəm icz ilə bunu
şamu-səhər
Əli aşiqlərinin dərdini ya rəbb
mənə ver
Həzrəti Adəmi xəlq etdi xuda
cənnətdə
Qərqi qıldı onu hər naz ilə hər
nemətdə
İlk peyğəmbərə bir nemət
edilmişdi haram
Ona da meyl edərək gördü
özün zillətdə
Şahi mərdanə salındı nəzər
ey dil özünə
Nələri etdi haram caiz olan
surətdə
Onu dərk etməyə insandakı
əql acizdi
O səbəbdəndi Əli eşqi olur
fitrətdə
Kim onun ismini hörmətlə
əgər yad eylər
Tanrı dünyada və üqbada
onu şad eylər
Ümməti həzrəti Nuhi necə
inkar etdi
Xeyli incitdi əziyyət verərək
xar etdi
Həqqə dəvət nə qədər oldusa
da qövmi inad
Çəkmədi küfürdən əl zülmidə
israr etdi
Ümmətindən elədi sonda
şikayət həqqə
Həqqidə tufana aləmləri
düçar etdi Bəs
Əli neylədi kim zülm
eləmişdirsə ona
Əhv qılsın dedi qoy tanrı
istixvar etdi
Cəhd edin söylədi düşmənləri
siz əhv eləyin
Yalnız onları unutmaqlıq ilə
məhv eləyin
Nəzər et həzrəti Musayi
pəlimullahə
Həqqidən əmr alır üz tutduğu
an dərgahə
Əmrin icrası üçün harını
yardım diləyir
Bəlkə təsir edələr taifeyi
gümrahə
Vəxti hicrətdə Əli təkcə özün
etdi sipər
Kimsə çatmaz bu şücaətdə o
şahənşahə
Şövq ilə atdı şirin canın ölüm
bəstərinə
Yetməyə zərrə xətər ta ki
həbibullahə
Kim ki canın qıya bilmirsə
əgər cananə
Baxsın ibrət gözü ilə o şəhi
mərdanə
Sahibi höhyil izam söylənilib
İsayə
Anası hamilə vatında girib
əqsayə
Əmri gəldi ona ki çıx bu
müqəddəs evdən
Gətirirsən bir ulul əzmi bu
gün dünyayə
Fatimə binti Əsəd Kəbədə
azad oldu
Qucaq açdı ev özüyçin
doğulan mövlayə
Mən kiməm dərki qılım ki nədi
sirri bu işin
Nə fəzilətdi verilmiş bu şəhi
balayə
Bunu yalnız bilirəm ki kim
Əliyə qul olar
Ərseyi məhşərə bir izzət ilə
qəbul olar
Əbdi dərlər o kəsə tanrıya
kim çakərdir
Bu ada layiq əzəldən bəri
peyğəmbərdir
Sordular kimdi Muhəmməd
Əlidən söylədiki
O şaha ruzi əzəldən bu Əli
nokərdir
Qələm acizdi sənin vəsvüvi
qılsın şahım
Şənüvə hər nə gözəl sözdə
desəm bifərdir
Mən sənə qul olana qul kimi
layiq deyiləm
Biri Səlmanu Abuzər birisi
Qəmbərdir
Bir təsəlli sənə bu zikri
qalıbdır Azer
Əli aşiqlərinin dərdini ya rəbb
mənə ver
[cavab]
Salyan_FHN
2 Avq 2013 / 02:07
Allah razi olsun qaqam cox hedsiz cox saqol eziyyet cekib yazdiginucun.elin qolun.var olsun.Allah herbirimizin en bawda ise yaxwi insanlarin komeyi olsun.sagol qaqam.
[cavab]
SoNSuZ_SeVGi
2 Avq 2013 / 02:10
Evvala hamiya salam.axwaminiz xeyir. GƏLƏY MÖVZUYA>ÇOX SAĞ OL QAQAW ƏLİN QOLUN VAR OLSUN..BÜTÜN MÖVZULARIN HƏTTA BU DA İÇİNDƏ OLMAQLA HAMSI SUPERDİ..ALLAH HAMININ KÖMƏYİ OLSUN!! AMİN!
[cavab]
Bölmeye qayıt
0.1543 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az