MaRaQLiDi.......

pol -AvTo-XuLiQaN- 1 Avq 2013 / 15:23
Ata, işdən yorğun-arğın evə gec gəlmişdi..

Uşaq: Ata, bir şey soruşa bilərəmmi?
Ata: Bəli..
Uşaq: Ata bir saatda nə qədər pul qazanırsan?
Ata: Bu sənin işin deyil..
Uşaq: Atacan xaiş, bilmək istəyirəm..
Ata: Əgər bilmək istəyirsənsə 20 manat..
Uşaq: Yaxşı mənə 10 manat verə bilərsən?
Ata: Mənim sənin axmaq oyuncaqlarına
ayıracaq pulum yox. Dərhal otağına get və
qapını bağla..

Uşaq səssizcə otağına çıxıb qapını bağladı.

Adam əsəbi halda "Bu uşaq necə belə şeylərə
cəsarət edir." deyə düşündü. Aradan bir saat
keçdikdən sonra adam bir az daha sakitləşdi
və uşağa pulu niyə istədiyini belə
soruşmadığını düşündü, "Bəlkə də həqiqətən
lazım idi"...

Yuxarı uşağının otağına çıxdı və qapını açdı...
Yatağında olan uşağa, "Yatırsanmı" deyə
soruşdu. Uşaq "Xeyr" deyə cavab verdi...
"Al buda istədiyin 10 manat. Sənə az əvvəl sərt
davrandığım üçün bağışla. Amma uzun və
yorucu bir gün keçirdim" dedi...
Uşaq sevinclə qışqırdı, "Təşəkkürlər atacan"...

Dərhal yastığının altından digər əzik-üzük
pulları çıxardı. Adamın sifətinə baxdı və
yavaşca pulları saydı.
Bunu görən adam çox əsəbləşərək, "Pulun
olduğu halda niyə məndən pul istəyirsən?
Mənim, sənin axmaq uşaq oyunlarına ayıracaq
vaxtım yoxdu" deyə əsəbləşdi...
Uşaq "Pulum vardı amma kifayət qədər yox
idi" dedi və üzündə kiçik bir təbəssümlə
pulları atasına uzatdı; "Buda 20
manat. ..''Senin bir saatını ala bilərəmmi?
Sabah 1 saat tez gələ bilərsənmi? Səninlə
axşam yeməyini birlikdə yemək istəyirəm.''
dedi...

Ata oğlunu qucaqlayaraq ağlamağa başladı

Bəzi şeylər çox dəyərlidir...

[cavab]

pol Melis 1 Avq 2013 / 15:24
twk maraqlidi ama tekrardi

[cavab]

pol real85@mailru 1 Avq 2013 / 15:25
twk hm

[cavab]

pol Fighter 1 Avq 2013 / 15:25
super

[cavab]

pol Tarlamm 1 Avq 2013 / 15:26
twkler

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1839 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az