hekayeni ardi Sevmirem (bolum4)

pol ekinbicin 1 Avq 2013 / 00:37
Sadəcə o qıza mənim
kim olduğumu başa salan, bir
daha təkrarlanmayacaq öpüş idi.
Hmm...bəlkə də təkrarlana bilər...
Səhər Yasəmən adət etdiyi kimi
həyətdə oxumaq üçün bir kitab
götürüb evdən çıxdı. Liftin
düyməsini basıb kitabı
vərəqləməyə başladı. Açılan
qapıların səsinə başını
qaldırdıqda gülümsəyərək ona
baxan Aydını gördü...
-Nə xoş təsadüf gözəlim.
-Hə, əlbətdə. Atamın mənim üçün
düzəltdirdiyi və yalnız mənim
istifadə etdiyim liftdə mənimlə
rastlaşmağın böyük təsadüfdür.
-İnan mən də çox təəccübləndim.
-Bəsdi Aydın! Heç də gülməli
deyil.
-Ey, mən ciddi idim.
İkisidə bir-birlərinə baxaraq
gülməyə başladılar.
-Nəysə, nə istəyirsən Aydın?
-Səncə?
-Məncə ALLAHdan ağıl istəməlisən
amma bundan artıq verəcəyini
zənn etmirəm. Heyif, qalan
həyatını belə yarımbeyin yaşamalı
olacaqsan.
Aydın liftin örtülən qapılarını əli
ilə saxlayıb, Yasəmənə qəzəblə
baxdı.
-Yenə məni alçaldırsan? Keçən
dəfə nə olduğunu unutdun?
Bəlkə yenə istəyirsən?
Yasəmən ürkmüş halda nəsə
deməyə çalışarkən Aydının
telefonuna zəng gəldi. Aydın
barmağıyla 'sus' göstərərək
telefonu açdı:
-Alo...bəli, mənəm...nə!...bu necə
olub?...hardadı?...bu dəqiqə
gəlirəm!
Aydın telefonu söndürüb,
pilləkənlərdən qaçaraq düşdü.
Yasəmən:
-Aydın nə oldu?-deyə arxasınca
qışqırsada Aydın çoxdan
getmişdi.
Yasəmən həç nə anlamayaraq,
həyətə düşməkdənsə evə qayıtdı.
Evə girdiyi anda anası onu
çağırdı:
-Yasəmən, qızım gəldin?
-Hə ana.
-Qızım tez hazırlaş, xəstəxanaya
gedirik. Əli dayına zəng vur tez
gəlsin.
-Nə? Ana nə olub? Niyə
xəstəxanaya gedirik axı?

[cavab]

pol ErRoR_SiQmA 1 Avq 2013 / 00:38
Super.

[cavab]

pol ekinbicin 1 Avq 2013 / 00:39
ErRoR_SiQmA, birazda ardini paylawacam bolum 5i

[cavab]

pol ARDIMINUS 1 Avq 2013 / 01:08
Muellifide qeyd edin hami bilsin. Muellif : Cemile Memmedli

birde her hekaye ucun yeni movzu acma.. Hamsin bir movzuda yaz....

[cavab]

pol ekinbicin 1 Avq 2013 / 01:11
ARDIMINUS, brat bolum bolumdu tapib yazram

[cavab]

pol ARDIMINUS 1 Avq 2013 / 01:21
ekinbicin, bilirem.... Butun bolumleri bir movzuda yaz.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1322 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az