Hekayeni ardi Sevmirem (bolüm2)
ekinbicin
31 İyul 2013 / 22:09
"görəsən niyə belə edir
axı? Bəlkə...bəlkə o da məni
sevir...İlahi yəni bu doğurdan baş
verir, yoxsa yenə bir xəyaldı?"Bu
düşüncələrlə başını qaldırıb
Aydının gözlərinə baxdı. Sevgi
görməyi ümid etdiyi gözlərdə
gördüyü tək şey rişxənd və
kinayə idi. Beyninə ildırım kimi
çaxan fikirlə bayaqki gülüşlərin
mənasını indi anladı-"demək tək
istədiyin mənim kimi aciz qızla
məzələnməkdir!" Biraz əvvəl
həyacandan əsərkən, indi tək
hissetdiyi şey -qəzəb!
Bu an Aydın biraz əyilərək
pıçıltıyla dedi:-Bəlkə öpüm səni?...
Bu son cümlə Yasəmənin səbrini
daşıran son damla oldu. Kədərli
baxan gözlərində ani qığılcım
yandı sanki və yüksəklə:-Nə
dedin?
Aydında səsini yüksəldərək:-
Dedim bəlkə öpüm səni?
-Doğurdan?
-Hə...
-Hmm... Təklifinə görə təşşəkkür,
amma seçmə imkanım olsaydı
sənin əvəzinə qurbağanı
seçərdim. Ən azından ağ atlı
şəhzadəyə çevrilmə ehtimalı
səndən daha çoxdur. Həm
əminəm ki, o səndən daha az
ürək bulanmasına səbəb olardı!
Yenə gülüş səsləri eşidildi, amma
bu dəfə Yasəmənə yox, heç
gözləmədiyi sözləri eşidərək şok
olan Aydına gülürdü dostları.
"İlahi mən nələr dedim. Of
Yasəmən, of. Gərək biraz daha
yavaş deyəydim" deyə düşündü
Yasəmən artıq şokdan çıxıb,
əvəzinə getdikcə daha da əsəbi
görünən Aydına baxdı.
Aydın hələ də eşitdiklərinə inana
bilmirdi. İndiyədək onu belə
sındıran qız olmamışdı.
Yasəməndən intiqam almaq üçün
elə burda, hər kəsin gözü
önündə onu öpmək keçdi
ağlından... Amma sadəcə əyilib
qulağına "bunu etməməliydin
gözəlim" deyə pıçıldadı.
Aydın yanından ayrılandan sonra
sanki Yasəmən ayıldı. Aydının son
sözləri onu çox qorxutmuşdu. Bu
sözlərin boşuna deyilmədiyini
hiss edirdi.
2 saat sonra:
Yasəmən atasının xüsusi olaraq
onun üçün düzəltdirdiyi liftə
mindikdən sonra düyməni
basanda, bağlanan qapıları bir əl
tutdu. Başını qaldırdıqda bu əlin
sahibinin üzündə qəribə
gülümsəmə ilə ona baxan Aydın
olduğunu gördü...
-Üzr istəyirəm gözəlim, çox
axtardım amma qurbağa tapa
bilmədim.
Ardı Var
[cavab]
m342
31 İyul 2013 / 22:14
Bunu hekimler.az da oxumuwam. Yenede twk....
[cavab]
ekinbicin
31 İyul 2013 / 22:18
m342, qaqa reklam duwdu )
[cavab]
m342
31 İyul 2013 / 22:19
ekinbicin, xmm
[cavab]
WIRIN*QIZ
31 İyul 2013 / 22:51
Yaz tez ol
[cavab]
ARDIMINUS
31 İyul 2013 / 23:02
Muelif kimdi?
[cavab]
Alik77
31 İyul 2013 / 23:11
Ardını yaz.çox maraqlıdı.
[cavab]
20122
31 İyul 2013 / 23:37
Davamini yaz
[cavab]
Bölmeye qayıt