gözel şeir

pol ErRoR_MeMo 31 İyul 2013 / 20:25
Saf bir məhəbbətdir mənim diləyim
Yar məni sevməsə vurmaz ürəyim
Sənsə naz edirsən sevmirsən məni
Məni sevməyinçün söylə neyləyim...?
Hər şeyim sənindi söylədim sənə
Səndən istədiyim saf sevgi oldu
Arzumu, diləyimi vermədin mənə
Məni sevməyinçün söylə neyləyim...?
Mən səni özümə sirdaş bilmişəm
Hər nə edirsən et qəbul etmişəm
Məni sevmədiyini çox gec bilmişəm
Məni sevməyinçün söylə neyləyim...?
Deyirəm qoy hamı eşitsin bunu
Sevməsən qırılar sevginin qolu
Yaman əzablıdır sevginin yolu
Məni sevməsiyçün deyin neyləyim...?
Vaxt vardı, sevirdim səni, bax indi
O saf məhəbbətə hayıfım gəlir!
Mən səni ucaltdım fövqümə eşqlə,
Çəkdiyim zəhmətə hayıfım gəlir!
Vaxt vardı, ağlıma hakimdi hisslər,
Gözümdə Günəşə, Aya dönübsən!
Sanırdım bir mələk donuna girib
Təkcə mənim üçün göydən enibsən!
Tapdadın o ülvi hisslərimi sən,
Çirkin əməllərin, bəd rəftarınla!
Kobud, saya salmaz dar mənliyinlə
Gözümə təpdiyin qohumlarınla!
İndi hisslərimə hakimdi ağlım,
Gözümə, könlümə düşmən kimisən.
Məni, mənliyimi didib tökməyə
Paslı qılınc olub öndə bitmisən!
Könlümün başında nifrət odu var,
Sənə nifrətimə hayıfım gəlir!
Əlimi biryolluq üzümmü səndən?
Kişi qeyrətimə hayıfım gəlir!
Yadındamı görüşə çağırdım səni,
Qəmli baxışlarla yandırdın məni,
Dedim söylə görüm nədir səbəbi
Son sözün bu oldu: Ayrılmalıyıq!
Kaş eşitməyəydim mən bu sözləri,
Kaş görməyəydim qəmli gözləri.
Dedim: Kim ayırır axı bizləri?
Son sözün bu oldu: Ayrılmalıyıq!
Ayrılmaq çətindir səndən, sevgilim,
O gözəl gözlərdən necə əl çəkim.
"Sonuncu görüşdü fikirləş" dedim
Son sözün bu oldu: Ayrılmalıyıq!
Ayrıldıq səninlə biz həmişəlik,
Sənə bir arzum var, o da xoşbəxtlik.
Arzum budur geyinəsən gəlinlik.
Son sözün bu oldu: Ayrılmalıyıq

[cavab]

pol Gizir 31 İyul 2013 / 20:27
elerinize sagliq.

[cavab]

pol FiON@ 31 İyul 2013 / 20:27
ErRoR_MeMo, twk ama sevgiden olan 1wey yazmayinda.xaiw edirem gelen defe cizgi filmden 1 fraqment atda bura olar?indiden twk
red. FiON@ (31.07 /20:28)

[cavab]

pol *Sesi** 31 İyul 2013 / 20:29
ErRoR_MeMo, superdi twk

[cavab]

pol ErRoR_MeMo 31 İyul 2013 / 20:30
FiON@, cizgi filmi???)video?)

[cavab]

pol Gizir 31 İyul 2013 / 20:30
FiON@, Ne olub siz de sevgiye kusmusuz.

[cavab]

pol ekinbicin 31 İyul 2013 / 20:30
ela :)

[cavab]

pol FiON@ 31 İyul 2013 / 20:31
Gizir, yox sadece meni sevgi maraqlandirmir cizgi film ve ya futbol olsaydi yaxwi olardi.

[cavab]

pol FiON@ 31 İyul 2013 / 20:32
ErRoR_MeMo, xexexexehe

[cavab]

pol (=AyaN=) 31 İyul 2013 / 20:32
SUPERdi canim twk

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1385 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az