hekaye1.super

pol (=BaRcELoNA=) 31 İyul 2013 / 08:58
Bir vaxtlar uzaq ölkələrdən birində bir kral yaşayırdı. Kral uşaqlıq dostunu heç vaxt yanından ayırmazdı, hara getsə, onunla bir yerdə gedərdi. Dostunun qəribə bir xasiyyəti vardı. Nə iş olsa, “Bunda da bir xeyir var” – deyərdi. Bir gün kral dostu ilə ova çıxdı. Dostu tüfəngləri doldurub krala verir, o da ovunu nişan alırdı. Birdən necə oldusa, güllə arxaya açıldı və kralın baş barmağını qopardı. Dostu həmişəki kimi yenə “Bunda da bir xeyir var”, - dedi. Kralın bu sözə acığı tutdu. Həm ağrıdan, həm də qəzəbdən, “Sən hansı xeyirdən danışırsan? Görmürsən, barmağım qopdu? Daha bunun harası xeyirdir?” – deyə bağırdı. Bununla da qəzəbi soyumadı. Ovdan qayıdan kimi dostunu zindana atdı.

Bu hadisədən bir il keçdi. Bir gün kral adamyeyən bir qəbilənin yaşadığı meşəyə ova çıxdı. Kralın heç bir şeydən xəbəri yox idi. Çox keçmədi ki, adamyeyənlər onları tutub yaşadıqları qəbiləyə apardılar. Kəndin ortasında tonqal qurdular. Sonra onların tonqalın ortasındakı dirəyə bağladılar. Tonqala od vurmaq istəyirdilər ki, kralın bir barmağının şikəst olduğunu gördülər. Sən demə, bu qəbilədə şikəst adam yemək günah imiş. Ona görə də kralı açıb buraxdılar. Artıq hər şey məlum idi. Kral dostuna qarşı haqsızlıq etmişdi. Saraya qayıdan kimi dostunu zindandan azad etdi. Yanına gedib başına gələnləri ona danışdı və “Sən haqlıysanmış. Barmağımın qopmağında xeyir var imiş. Səni nahaq yerə zindanda saxladığım üçün məni bağışla”, - dedi. Dostu isə həmişəki kimi “Yox, bunda da bir xeyir var idi” – deyə cavab verdi. Kral, "Dostunu zindana salmaq nə vaxtdan xeyir oldu?” – deyərək heyrət dolu nəzərlərlə ona baxdı. Dostu isə halını pozmadan: “Əgər mən zindanda olmasaydım, səninlə birlikdə ova gedəcəkdim. Sonra da... sonrasını sən məndən yaxşı bilirsən” – dedi...

Unutmamalıyıq ki, hər bir uğursuzluğun özü də bir uğurdur...
red. (=BaRcELoNA=) (31.07 /09:03)

[cavab]

pol ErRoR_Yek 31 İyul 2013 / 09:24
twk cox sagol eladi buda bir ibret var.
red. ErRoR_Yek (31.07 /09:25)

[cavab]

pol Yek 31 İyul 2013 / 10:08
qesengdi dosi cox sagol.

[cavab]

pol ErRoR_SiQmA 31 İyul 2013 / 11:44
superdi.

[cavab]

pol Larissa 31 İyul 2013 / 17:33
cox gozeldi.twk

[cavab]

pol ErRoR_Yek 31 İyul 2013 / 21:31
super ela twk xowuma geldi.
red. ErRoR_Yek (31.07 /21:32)

[cavab]

pol (=KinG_BoY=) 31 İyul 2013 / 21:36

[cavab]

pol aynur653 31 İyul 2013 / 21:37
ela Cox maraqlidi

[cavab]

pol ErRoR_KiNG 31 İyul 2013 / 21:50
Bagishlayan ve MEHRIBAN >Allah<in adi ile.SOZSUZKI BU HEYATDAKI OLACAGLAR VE YAXUD OLANLAR SEBEBSIZ DEYIL.HER HADISE VE WER KICIK GUNAHLARIMIZIN KEFFARESI VE BU DUNYADA ALLAHIN REHMIDIR....HEC BIR GUNAH HEYATIMIZDA TESIRSIZ OTUWMUR.ANI KICIK GUNAH MESELCUN YALAN,BIR NECE WEYI POZMAGLA YANAWI INSAN QELBINIDE QARALDIR...ALLAHIN NEMETINE WUKUR,BELASINA SEBR,XOW ANINA ISE TOVBE ELEYIB XOW GUNLERIN PIS GUNDEN DAHA COX OLMASINI DILEMEK LAZIMDIR.ALLAHÌM BU DUNYANIN HAQQEYSABIN AXIRETE SAXLAMASIN INWALLAH..
red. ErRoR_KiNG (31.07 /21:50)

[cavab]

pol (=BaRcELoNA=) 1 Avq 2013 / 04:53
ErRoR_KiNG, amin twk cox gozel sozlerdi ela
red. (=BaRcELoNA=) (01.08 /04:54)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1641 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az