=={bu gun ysamaga hazirsan}==

pol Melis 30 İyul 2013 / 20:50
Günəşin o ilk doğuş anına ən son nə vaxt şahid oldun?
Şüasınının bütün bədəninə yayılmasını nə vaxt hiss etdin?
Bir bahar səhəri, o ilıqlığı nə vaxt hiss etdin ürəyində?
Bizlər, əslində bizə hər günün bir hədiyyə olduğunu dərk etməyəcək qədər
laqeyd bir şəkildə keçib gedirik bu həyatdan...

Hansınız səhər
gözünü açdığında bunu dünyaya təkrarlayır: "Bu gün xüsusi bir gündü, çünki mən
bu gün də yaşayıram. Gözlərim açıq, ilk nəfəsimi şüurlu bir
şəkildə çəkdim içimə. Bu gün xüsusi bir gün, bəli,
bu gün mənə bir gün daha yaşama şansı verildi..."

İnsan həyatında nə problemlər var... Amma biz istədiyimiz hər hansı bir
əşyanı ala bilmədik deyə, bütün günü o gözəl
ruhumuza və bədənimizə əzab çəkdirməklə keçiririk. Ya sevgilimiz
sevgimizin ucalığını anlamadı deyə özümüzə əzab veririk, ya sular kəsildi deyə,
və ya hava soyudu deyə, bütün gün özümüzə və sevdiklərimizə üzümüzü turşuduruq...

Bir də belə düşünək: Siz bir həyatsınız və həyatda üstəsindən gələ
bilməyəcəyimiz tək şey ölümdür. Sular əlbəttə gələcəkdir. Soyuq hava üçün
bir az daha möhkəm geyinə bilərik. Sevgiliniz sizi
anlamırsa, əslində sevginizə layiq olmadığını, çox rahat
qəbul edə bilərsən...

Yaxşı, bu həyata nə vaxt gülümsəyəcəksən? Nə vaxt
özün üçün bir şeylər edəcəksən? Ən sevdiyin çiçəyi niyə hələ
başqalarından gözləyirsən? Bu gün özünə niyə o çiçəyi almlrsan? Niyə
bir səhər təbiətin oyanışına özünü şahid etmirsən? Unutma ki bu həyatı
gözəlləşdirəcək olan da, çəkilməz hala gətirəcək olan da sənsən.
Əsla başqalarını günahlandırma...

Artıq hər səhər ürəyinə böyük gülümsəmələrlə dolu bir nəfəs al və
bütün gün verdiyin hər nəfəsin içinə bu gülümsəmələrdən qataraq,
ətrafındakı bütün canlı varlıqları, varlığından xəbərdar et.
Həyata boş yerə gəlib və boş yerə getmə...

Unutma ki bir ağacın gövdəsinə
sarıldığında, onun ürək atışlarını duya biləcək qədər həssas yaşamaq sənin
əlindədi. Hər nə olursa olsun, tanı və ya tanıma amma sabahın xeiri və
gülümsəməyini heç bir canlıdan əskik etmə. Unutma sən bu dünyada başlı-başına
bir həyatsan və buna görə belə varlığın çox xüsusidi.....

[cavab]

pol ErRoR_SiQmA 30 İyul 2013 / 20:58
Super twk.

[cavab]

pol Melis 30 İyul 2013 / 20:59
ErRoR_SiQmA, saol dosi

[cavab]

pol yumru 30 İyul 2013 / 21:03
twklar cox superdi................. ehsen sene
red. yumru (30.07 /21:03)

[cavab]

pol Melis 30 İyul 2013 / 21:04
yumru, twk

[cavab]

pol SoNSuZ_SeVGi 30 İyul 2013 / 21:08
SuPeR ANd SuPeR AnD SuPeR

[cavab]

pol ROMANTIK@COBAN 30 İyul 2013 / 22:18
Birinci yazilani bu seher etmişem

[cavab]

pol ErRoR_SiQmA 30 İyul 2013 / 23:04
Melis, deymez.

[cavab]

pol ismet 30 İyul 2013 / 23:25
Melis, COX SAGOL. DEYERLI SOZLER UCUN

[cavab]

pol Melis 30 İyul 2013 / 23:26
ismet, deymez teki sözlerimiz hemişe deyerli olsun

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1439 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az