BDU-da sevgi hekayesi..
ErRoR_MeMo
30 İyul 2013 / 17:36
2006-cı il məktəbi qurtadım və BDU-ya
GEOLOGİYA fakultəsinə daxil oldum . 1-
ci kursa təzə başhlamışdım elə belə
uşaqlarla vaxt öldürürdum . Gəzirdik ,
gülürdük , oynayırdıq . Günlərin bir günü
1-ci kursun ortaları idi . BDU bufetde
uşaqlarla oturmuşdum . Qızlar və
oğlanlar birlikdə . Uşaqlarla
məzələnirdik . Deyirdik gülürdük .
Bufetdə də uşaqlar az idi , Qız qrup
yoldaşım-mənə arxamda 1 stol
göstərdi .
Mənə dediki , bax o qızlar oturub aaaa
gedib onlardan FANTA ala bilərsən .
Məndə arxama baxdım , orda bir qız var
idi xoşum gəldi o gündən başladım
arxasınca düşməyə . Qızda gorürdüki
mən arxsınca gəlirəm , hər necə elədisə
1-ci gün qızı itirdim . Bilmədim hansı
fakulətdə oxuyur . O dəqiqədən
başladım qızı fikirləşməyə . 1 həftəyə
yaxın qızı görmədim.
Günlərin bir günü çıxdım COĞRAFİYA
fakultəsinə, məktəbdə 11 il bir yerdə
oxuduğum sinif yoldaşımı axtarmaqa
COĞRAFİYA fakultəsinə, otaqları bir-bir
açırdım, birdən bir otaqda kimsə
gözümə dəydi. Neçə gün idi ki,
axtardığım qız idi. Başladı o gendən
qara günlərim. Qız məndən 1 kurs
böyük idi.
Həmin gündən dərslərə girmirdim,
fikrim ancaq bu qızda idi, günümü
COĞRAFİYA fakultəsində keçirirdim.
Qızın arxasınca düşürdüm amma
yaxınlaşmağa risk eləmirdim,
qorxurdumki ömrümdə birinci dəfə bir
qız sevmişəm, həm də canımdan çox.
Qız mənə yox deyər, ya da rus dilli
olduğuna görə qorxurdum ki, məmə
rusca nə isə deyər, anlamaram, pərt
olaram. Mən ancaq qızla evlərinə qədər
arxasınca gedib qayıdardım.
Günlərin bir günü 1-ci kursun axırı idi,
sinif yoldaşım mənə dedi ki, ALTIAĞACA
praktikaya gedirik. Həmən bu qızda
ALTIAĞACA gedirdi qrup yoldaşları ilə.
Öz praktikamdan kəsildim, Getdim 1
həftəlik ALTIAĞAC praktikasına.
Praktikaya getdiyimi sinif yoldaşımdan
başqa heç kim bilmirdi. Getdik
ALTIAĞACA. Orda ayrı-ayrı katejlərdə
qalırdıq. Mənimdə ALTIAĞACDA
olduğumu görən qız biraz dondu qaldı )).
Sonra günlərimizi keçirirdik. Mən hələdə
özümü toplayıb bu qıza yaxınlaşa
bilmirdim .
Bu mənim təcrübəsizliyimdən irəli
gəlirdi. Praktikada son günlərimizi
keçirdirdik. Bizim katejlərlə üzbə-üz
dağ var idi. Fikirləşdim nə edim? Və
çıxdım bu dağın başına ki, dağa yazı
yazaraq qıza onu sevdiyimi bildirim. Çox
sağolsun qrup yoldaşım mənə köməklik
etdi və dağa LYUBLU yazdım düşdüm
aşağı. Bu mənim dağa yazdığım sözü
bütün ALTIAĞAC gördü, elə bu qızda
gördü. Amma nə fayda, heç bir şey
olmadı. ALTIAĞACDA necə oldusa qızın
nömrəsini öyrəndim. ALTIAĞAC
praktikası bitdi və bizdə qayıtdıq
BAKIYA! Mən 1-ci kursu bitirdim.
Başladım qıza SMS lə ürəyimi açmağa.
Qız cavab yazırdı SMS-ə, amma hər
yazdığı SMS sonuna (Bolşe ne pişi mne)
yazırdı! 1 il keçdi yaxınlaşmağa risk
etmədim, 2-ci ildə gəlib keçdi, 3-cü ildə
keçdi yenə də risk edib yaxınlaşa
bilmədim. Mənim bir işim var idi, ancaq
qızın arxasınca gedib gəlirdim. Bir gün
gecə SMS yazdım qıza, bir neçə
dəqiqədən sonar qızın nömrəsindən mnə
zəng gəldi. Telefonu açdım gördüm ki,
qızın anasıdır. Qızın anası mənimlə elə
ponyatkalı danışdı ki, mən bu
danışıqdan sonar qızın gözünə
görsənməyə utanırdım. Qız universiteti
bitirdi getdi.
Və 1 həftə bundan əvvəl öyrəndimki qız
nişanlanıb. Çooox təəssüflər olsun ki,
məndə qaldım belə. Qıza xoşbəxtlik
arzulamaqdan başqa əlimdən heç bir
şey gəlmir. 10-15 günə isə toyu
olacaq…. Onuda bilirəmki qızın
arxasınca baxmazlar. Qız getdiyi yerdə
xoşbəxt olmaz. Bu qız hər şeyin ən
gözəlinə layiq olduğu üçün, qızdan əl
çəkdim. Qoy ömrünün axırına qədər
xoşbəxt olsun.
Mən bu hekayəni yazdım ki, ey sevənlər
əgər kimisə ürəkdən sevirsinizsə
yaxınlaşın, öz sevginizi sevdiyiniz kəsə
deyin və sübut edin. Utanmayın sırtıq
olun. Vaxtınızı boş yerə aparmayın. Ilk
gündən sevginizi sübut etməyi,
sevdiyinizə yaxınlaşmağı bacarın.
[cavab]
Aykok
30 İyul 2013 / 17:41
Maraxlidirrr
[cavab]
Melis
30 İyul 2013 / 17:42
Kederlidi tşk
[cavab]
Tarlamm
30 İyul 2013 / 20:22
yaa uzuldum twkler
[cavab]
(=AyaN=)
30 İyul 2013 / 20:28
Mmmaraglidi
[cavab]
*Romantic*
30 İyul 2013 / 20:34
Hm.maraqlıdı.ama oğlan meni esebleşdirdi 
red. *Romantic* (30.07 /20:35)
[cavab]
[_KRAL_]
30 İyul 2013 / 21:20
ErRoR_MeMo, twk maraqli ve kederli idi?
[cavab]
ismet
31 İyul 2013 / 10:53
ErRoR_MeMo, QARDAWIM COX SENI GOZEL BAWA DUWUREM. UREYINI SIXMA (BU VAXTLAR ADAMIN UREYI ELE SIXILIR KI) HER WEY YAXWI OLAR.,..:-((
[cavab]
alenam
31 İyul 2013 / 12:58
ismet, o qardaw deyil, xanimdi. Ozude bu hekaye onun yox bawqa birinin bawina gelib. Memo bu hekayeni internetden goturub.
[cavab]
ismet
31 İyul 2013 / 13:51
alenam, men kimin bawina gelib onun adina yazmiwam. ozum ona gore ~qardawim~ yazdim. MENDE BILIREM O XANIMDI
[cavab]
Bölmeye qayıt
0.2064 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az